Mojo.az Banner
16:12 Sürücülərin nəzərinə: 40 manat cərimə oluna bilərsiniz  |     16:10 İnfarkt keçirən kişi yanaraq öldü - Təfərrüat (Yenilənib)  |     15:59 Tovuzda üzərinə benzin tökülərək yandırılan qadın öldü: Oğlu saxlanıldı (Yenilənib)  |     15:53 Xırdalanda sərnişin avtobusu yolda yaranan çuxura düşdü - Video  |     15:51 Oman sahillərində neft tankeri hücuma məruz qaldı  |     13:51 Bu gün "Turan Tovuz" İstanbul nəhəngi ilə qarşılaşacaq  |     13:48 İlkin Namazov vəzifəsindən azad edildi  |     13:38 Zabratda küçələri su basdı: Hərəkət çətinləşdi - Video  |     13:37 Azərbaycan nefti ucuzlaşıb  |     13:32 Rusiyada epidemiya şübhəsi: 197 nəfər nəzarətə götürüldü  |     13:29 Ermənistan Azərbaycan hərbçisi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirdi  |     13:17 Nazirlikdən direktorlara xəbərdarlıq: Hədiyyə qəbul etmək qadağandır  |     13:08 Yağıntılı hava şəraiti nə vaxtadək davam edəcək?  |     23:01 Avtomobil almaq istəyənlər DİQQƏT! – Bunu mütləq edin  |     22:56 Bu yol 20 Yanvar və “Şamaxinka”dakı nəqliyyat yükünü azalda bilər – EKSPERT - VİDEO  |     22:50 Ronaldonu belə geri qaytarmaq istəyirlər  |     22:43 Süd vəzi ağrısı nə zaman təhlükəlidir? – Mütəxəssisdən xəbərdarlıq  |     22:38 Şakiranın konserti ilk dəfə dünya üzrə canlı yayımlanacaq  |     22:30 Bu tarixədək pinqvinlər tamamilə məhv ola bilər  |     22:24 Övladınızın “WhatsApp” istifadəsinə nəzarət edə biləcəksiniz  |    
Mojo.az Avto
Mojo.az Avto

Dövlət Gömrük Komitəsinin yeni medallarının kimlərə veriləcəyi məlum oldu

19.10.2021 23:48 747
Dövlət Gömrük Komitəsinin yeni medallarının kimlərə veriləcəyi məlum oldu
"Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992-2022)” yubiley medalı ilə gömrük orqanlarında vəzifələrini nümunəvi yerinə yetirən, xidmətdə yüksək nəticələr əldə edən gömrük orqanlarının əməkdaşları, habelə gömrük işinin təşkilində, təkmilləşdirilməsində xüsusi xidmətləri olan şəxslər təltif ediləcək.

APA-nın xəbərinə görə, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan və plenar iclasa tövsiyə edilən "Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992-2022)” yubiley medalı haqqında” Əsasnamə”də əksini tapıb.

Əsasnaməyə əsasən, yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılır.

Eyni zamanda Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992-2022)” yubiley medalının təsviri də təsdiq ediləcək.

"Gömrük orqanları ilə səmərəli əməkdaşlığa görə” medalı haqqında Əsasnamə”yə əsasən isə "Gömrük orqanları ilə səmərəli əməkdaşlığa görə” medalı ilə aşağıdakı şəxslər təltif olunacaqlar:

- Gömrük orqanları ilə səmərəli əməkdaşlığa görə Azərbaycanın və xarici ölkələrin dövlət qurumlarının, habelə beynəlxalq təşkilatların nümayəndələri;

- Gömrük orqanları qarşısında duran vəzifələrin yerinə yetirilməsi işində kömək göstərdiklərinə görə, Azərbaycan vətəndaşları;

- Azərbaycan ilə gömrük işi sahəsində əməkdaşlığın möhkəmləndirilməsində xidmətlərinə görə xarici ölkələrin vətəndaşları.

Əsasnaməyə əsasən "Gömrük orqanları ilə səmərəli əməkdaşlığa görə” medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılır.

Layihəyə əsasən, "Gömrük orqanları ilə səmərəli əməkdaşlığa görə” medalının təsviri təsdiq ediləcək.
скачать dle 11.3
Mojo.az Banner