Mojo.az Banner
13:51 Bu gün "Turan Tovuz" İstanbul nəhəngi ilə qarşılaşacaq  |     13:48 İlkin Namazov vəzifəsindən azad edildi  |     13:38 Zabratda küçələri su basdı: Hərəkət çətinləşdi - Video  |     13:37 Azərbaycan nefti ucuzlaşıb  |     13:32 Rusiyada epidemiya şübhəsi: 197 nəfər nəzarətə götürüldü  |     13:29 Ermənistan Azərbaycan hərbçisi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirdi  |     13:17 Nazirlikdən direktorlara xəbərdarlıq: Hədiyyə qəbul etmək qadağandır  |     13:08 Yağıntılı hava şəraiti nə vaxtadək davam edəcək?  |     23:01 Avtomobil almaq istəyənlər DİQQƏT! – Bunu mütləq edin  |     22:56 Bu yol 20 Yanvar və “Şamaxinka”dakı nəqliyyat yükünü azalda bilər – EKSPERT - VİDEO  |     22:50 Ronaldonu belə geri qaytarmaq istəyirlər  |     22:43 Süd vəzi ağrısı nə zaman təhlükəlidir? – Mütəxəssisdən xəbərdarlıq  |     22:38 Şakiranın konserti ilk dəfə dünya üzrə canlı yayımlanacaq  |     22:30 Bu tarixədək pinqvinlər tamamilə məhv ola bilər  |     22:24 Övladınızın “WhatsApp” istifadəsinə nəzarət edə biləcəksiniz  |     22:19 Torpağa basdırılan silah-sursat üzə çıxarıldı  |     22:11 Uşaqlar yatmazdan əvvəl niyə çox danışırlar?  |     22:06 Estoniya tranzit yolunu bağladı  |     21:59 Bakıda kişi pilləkənlərdən yıxılıb öldü  |     21:51 Pulsuz “Wi-Fi” sizə baha başa gələ bilər - Səbəb  |    
Mojo.az Avto
Mojo.az Avto

5 nəfərin ölümünə səbəb olan sürücünün qardaşı danışdı

13.10.2021 23:25 912
5 nəfərin ölümünə səbəb olan sürücünün qardaşı danışdı
Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Hava limanı-Mərdəkan yolunun Suraxanı dairəsində ağır-yol nəqliyyat hadisəsi baş verib. Bakı şəhər sakini Mahmud Əzizov idarə etdiyi "Mercedes" markalı yük avtomobili ilə paytaxt sakini Tahir Abdullayevin idarə etdiyi "Daewoo" markalı sərnişin avtobusunu vurub. Qəza nəticəsində 5 nəfər ölüb, 25 nəfər yaralanıb.

Median.Az
xəbər verir ki, Mahmud Əzizovun qardaşı Rəhim Əzizli hadisə ilə bağlı "qafqazinfo"ya danışıb.

R.Əzizli bildirib ki, qardaşı ikinci kurs tələbəsidir və bütün sənədləri qaydasında olub:

"Qardaşımın sənədləri qaydasında idi. BC kateqoriyası üzrə sürücülük vəsiqəsi var. Qardaşım 2-ci kurs tələbəsidir. Evdə olan günlər işləyirdi, yol xərcliyini çıxarırdı. Qardaşım elə dərsə tələsirdi ki, gəlib çatsın. Avtobus da çıxıb qarşısına. Yük maşınını evə qoyub günorta dərsə gedəcəkdi".

Qardaşı iddia edir ki, 19 yaşlı Mahmud yolda sürət həddini aşmayıb və avtobus onun qarşısına çıxıb:

"Qardaşım yuxulu olmayıb. Avtobus 120 km/saatlıq sol zolaqdan qəfildən qardaşımın yoluna çıxıb. Qardaşım orta zolaqla hərəkətdə olub. O da sola çəkmək istəyəndə avtobusu arxadan vurub. Bununla bağlı video-sübutlarımız yoxdur. Mən avtobus sürücüsünü birbaşa günahlandırmıram. Ancaq hadisə belə olub. Avtobus sürücüsü sol zolaqdan bunun qarşısına keçib. Günahın 70-80%-i ondadır. Qardaşım yolda normal sürətdə gedib".

Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, hadisə yük avtomobili sürücüsünün sükan arxasında yuxulaması səbəbindən baş verib. Belə ki, sürücü yuxuladığından avtomobil idarəetmədən çıxaraq avtobusa dəyib. Nəticədə avtobus da aşıb. Hadisənin necə baş verməsi ilə bağlı hələ ki heç bir görüntü yayılmayıb.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən isə bildirilib ki, yük avtomobilinin sürücüsü heç bir qanuni əsas olmadan fəaliyyət göstərib.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.3-cü (ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Hadisəni törətməkdə şübhəli bilinən yük avtomobilinin sürücüsü M.Əzizov həbs edilib.скачать dle 11.3
Mojo.az Banner