Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
12:59 Meksika mətbuatı Prezident İlham Əliyevin strateji liderliyini yüksək qiymətləndirib - FOTO | 12:58 "Sabah"ın məğlubiyyətindən sonra Azərbaycanın UEFA reytinqində mövqeyi | 12:57 Bəzi şəxslər dövlət rüsumundan azad ediləcəklər | 12:56 Yük maşını bataqlığa düşdü - Vətəndaşlar köməksiz qaldılar | 12:55 Meteohəssas insanların nəzərinə: Yerdə maqnit qasırğası baş verəcək | 12:54 Bakıda polkovnik avtomobili ilə qadını vurub öldürdü | 12:53 Maliyyə Nazirliyinin səlahiyyətləri artırıldı | 12:51 Azərbaycanda tanınmış xanəndənin əri həbs olundu | 12:50 Kənd təsərrüfatında uçot qaydaları dəyişdi: Təkrar əkinlər də ayrıca hesablanacaq | 12:48 Qoyunlardan qırxılmış yun qeydiyyata alınacaq | 12:41 İşləməyə ehtiyacı olmayan şəxslər qeydiyyata alınacaqlar | 12:40 Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi | 12:39 İnəkdən sağılan və balalarına içirdilən süd də uçota alınacaq - Yeni qərar | 12:38 Azərbaycanda mənzillərdəki elektron cihazlar qeydiyyata alınacaq | 12:35 Beynəlxalq axtarışda olan şəxs Almaniyada tutularaq Azərbaycana gətirildi | 12:33 Alyona Əliyeva uşaq evindən paylaşım etdi: "Birlikdə sevinc dolu, unudulmaz anlar yaşadıq" - FOTO | 12:32 Leyla Əliyeva uşaq evini ziyarət edib - FOTO | 12:27 Bakıda bəzi obyektlər söküləcək - Video | 12:08 Sürücülük vəsiqələri ilə bağlı yeni güzəşt: Kimlər rüsum ödəməyəcəklər? | 12:02 Bakıda cəzaçəkmə müəssisəsində dava: Məhbusa vintaçanla xəsarət yetirildi |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycan BMT-də Gürcüstanı dəstəkləyibAzərbaycan BMT-də Gürcüstanı dəstəkləyib

09.10.2021 19:18 2 295
Azərbaycan BMT-də Gürcüstanı dəstəkləyibAzərbaycan BMT-də Gürcüstanı dəstəkləyib
Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasının 48-ci sessiyası çərçivəsində “Gürcüstanla əməkdaşlıq” adlı hesabat təqdim edilib.

Sənəddə Gürcüstanda insan haqları ilə bağlı vəziyyət və işğal altında olan Abxaziya və Cənubi Osetiyadakı durum əksini tapıb.

Gürcüstanın Xarici İşlər Nazirliyinin məlumatına əsasən, toplantıda nazir müavini Aleksandr Xvtisiaşvili BMT-yə üzv ölkələrin nümayəndələrini işğal altında olan ərazilərdəki ağır humanitar vəziyyət barədə məlumatlandırıb.

O qeyd edib ki, işğalçılar tərəfindən qanunsuz olaraq dəmir məftillərin çəkilməsi, işğal xəttinin bağlanması və tibbi təxliyədən imtina edilməsi humanitar vəziyyətin pisləşməsi və insanların ölümü ilə nəticələnib.

Hesabatda vurğulanıb ki, BMT-nin Qaçqınlar üzrə Ali komissarın nümayəndələrinin əvvəlki illərdə olduğu kimi işğalda olan ərazilərə daxil olmasına icazə verilməyib. Sənəddə Abxaziya və Tsxinval bölgələrinə Ali Komissarlıq, digər beynəlxalq və ya regional təşkilatların nümayəndələrinin daxil olmasına şəraitin yaradılması ilə bağlı çağırış da yer alıb.

Sessiyada iştirak edən Avropa İttifaqı, Azərbaycan, Bolqarıstan, Böyük Britaniya, Almaniya, Estoniya, Latviya, Litva, Moldova, Polşa, Ukrayna, Finlyandiya və İsveç nümayəndə heyətləri Gürcüstana dəstək ifadə ediblər. Onlar Gürcüstanda insan hüquqlarının müdafiəsi sahəsində əldə olunmuş irəliləyişi alqışlayıblar, ölkənin beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyü və suverenliyinə qətiyyətli dəstək ifadə ediblər. Gürcüstanın işğal altında saxlanılan ərazilərində insan hüquqları ilə bağlı vəziyyətdən narahatlıq da bildirilib.

Xatırladaq ki, Azərbaycan bu il artıq ikinci dəfədir ən ali beynəlxalq qurumda Gürcüstanı dəstəkləyir. Belə ki, bu ilin iyununda BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 75-ci sessiyası çərçivəsində “Gürcüstanın Abxaziya və Tsxinval bölgəsi/Cənubi Osetiyadan olan məcburi köçkün və qaçqınların statusu barədə” qətnamə qəbul olunub və Azərbaycan sənədin lehinə səs verib.

Son xəbərlər