Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:25 Dələduzluğa görə həbs edilən 74 yaşlı qadının FOTOSU | 13:22 Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu | 13:08 Hikmət Hacıyevdən Azərbaycan Televiziyası və Radiosu Günü ilə bağlı paylaşım - FOTO | 13:06 Taksi sürücüləri üçün yenilik: Daha çox vergi ödəyəcəklər | 13:04 Parlamentdə ətin qiyməti ilə bağlı xəbərdarlıq | 13:03 İlham Əliyev və Mehriban Əliyeva Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər | 13:02 Azərbaycanda çips niyə vergiyə cəlb olundu? | 13:00 Yas məclisində gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı | 12:59 Meksika mətbuatı Prezident İlham Əliyevin strateji liderliyini yüksək qiymətləndirib - FOTO | 12:58 "Sabah"ın məğlubiyyətindən sonra Azərbaycanın UEFA reytinqində mövqeyi | 12:57 Bəzi şəxslər dövlət rüsumundan azad ediləcəklər | 12:56 Yük maşını bataqlığa düşdü - Vətəndaşlar köməksiz qaldılar | 12:55 Meteohəssas insanların nəzərinə: Yerdə maqnit qasırğası baş verəcək | 12:54 Bakıda polkovnik avtomobili ilə qadını vurub öldürdü | 12:53 Maliyyə Nazirliyinin səlahiyyətləri artırıldı | 12:51 Azərbaycanda tanınmış xanəndənin əri həbs olundu | 12:50 Kənd təsərrüfatında uçot qaydaları dəyişdi: Təkrar əkinlər də ayrıca hesablanacaq | 12:48 Qoyunlardan qırxılmış yun qeydiyyata alınacaq | 12:41 İşləməyə ehtiyacı olmayan şəxslər qeydiyyata alınacaqlar | 12:40 Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi |
Mojo.az Avto
Mojo.az Avto

Bakıda bəzi obyektlər söküləcək - Video

06.11.2026 12:27 126
Bakıda bəzi obyektlər söküləcək - Video
Paytaxtın Suraxanı rayonunda söküləcək obyektlərin sahibləri kompensasiya və alternativ yer tələb edir.

Median.Az
"Real" TV-yə istinadən xəbər verir ki, rayon ərazisində aparılan söküntü işləri təkcə yaşayış evlərini deyil, qeyri-yaşayış obyektlərini də əhatə edir. Söküntü siyahısına düşən obyektlərin sahiblərinə əraziləri boşaltmaqla bağlı xəbərdarlıq edildiyi bildirilir.

Sahibkarların sözlərinə görə, onlara kompensasiya məsələsi ilə bağlı hələlik məlumat verilməyib. Onlar bildirirlər ki, söküləcək obyektlər uzun illərdir əsas gəlir mənbələridir və başqa ünvana köçmək biznesi yenidən qurmaq deməkdir.

Bəzi sahibkarlar obyektlərinin əvəzində kompensasiya, digərləri isə alternativ ərazidə yeni obyektlə təmin olunmalarını istəyirlər. Onların arasında uzun illərdir həmin ərazidə fəaliyyət göstərən, ailəsini bu işdən dolandıran şəxslər də var.

Məsələ ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyətindən bildirilib ki, söküntü məsələsi onların səlahiyyətlərinə aid deyil. İşlərin Nazirlər Kabinetinin müvafiq qərarı əsasında həyata keçirildiyi qeyd olunub.

Nazirlər Kabinetindən isə bildirilib ki, məsələ hazırda araşdırılır və müvafiq işlər aparılır. Yekun qərar qəbul edildikdən sonra ictimaiyyətə məlumat veriləcək.


Son xəbərlər