Mojo.az Banner
00:58 Novruz tonqalının partlaması nəticəsində xəsarət alan 11 nəfərin VƏZİYYƏTİ (Video)  |     22:06 Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş  |     21:21 İkinci əl avtomobil alarkən nələrə diqqət etmək lazımdır? - Video  |     20:41 Sumqayıt sakininin evi yanaraq kül oldu  |     20:27 Cəlilabadda 49 yaşlı kişini avtomobil vuraraq öldürüb  |     19:53 Qaxda hamam otağında yıxılan kişi öldü  |     19:40 Goranboyda kişi tanışını döyüb - Cinayət işi başlanıldı  |     19:20 Bir ayda ikinci dəfə dəm qazından zəhərləndi  |     19:19 İsrailin daha bir F16 qırıcısı vuruldu  |     19:01 Hidayət Heydərov ölkəyə bürünc medalla qayıdacaq  |     19:01 İran İraqa təbii qaz ixracını yenidən bərpa etdi  |     18:23 Bayram günü telefon dükanına girib OĞURLUQ etdi - ANBAAN VİDEO  |     18:07 İsrailin müdafiə naziri: "Yaxın günlərdə İrandakı hədəflərə zərbələrin miqyası artırılacaq"  |     17:25 "Şamaxinka"da sürücülər üçün YENİLİK: Xüsusi zolaq LƏĞV EDİLDİ - Video  |     17:22 SÜRÜCÜLƏRİN DİQQƏTİNƏ: Martın 23-dən Bakıda 42 ünvanda hərəkət qismən məhdudlaşdırılacaq - SİYAHI  |     17:20 TDT liderlərinin növbəti görüşü Türküstanda keçiriləcək  |     14:53 "Qarabağ"ın legionerləri Polşa və Monteneqro millilərinə dəvət aldılar  |     14:48 Ötən gün bölgələrə 14 minə yaxın sərnişin daşınıb  |     14:45 Bakıda müəllim bayram günü əri tərəfindən qətlə yetirildi  |     14:42 Sabah 16 dərəcə isti olacaq  |    
Left Banner
Right Banner

Ombudsman Ermənistanın təxribatı ilə bağlı beynəlxalq təşkilatlara hesabat göndərdi

17.07.2020 22:36 1 288
Ombudsman Ermənistanın təxribatı ilə bağlı beynəlxalq təşkilatlara hesabat göndərdi
İyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini kobud şəkildə pozaraq ölkəmizin Ermənistanla sərhədində yerləşən Tovuz rayonu istiqamətində Azərbaycan silahlı qüvvələrinin mövqelərini ələ keçirmək məqsədilə atəşə tutub. Azərbaycan Ordusu düşmənin bu təxribat cəhdinə qətiyyətli və adekvat cavab verib.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva faktları yerində araşdırmaq, dövlət sərhədində Ermənistanın təxribatçı hərəkətləri nəticəsində insan hüquqlarının kobud şəkildə pozulması ilə müşayiət olunan son hadisələrlə ətraflı tanış olmaq məqsədilə Tovuz rayonunun Ağdam, Dondar Quşçu kəndlərinə, o cümlədən Qazax və Ağstafa rayonlarına səfər edərək monitorinqlər aparıb. Monitorinqin nəticələri barədə hesabat hazırlanaraq beynəlxalq təşkilatlara göndərilib.

Hesabatda qeyd edilib ki, Müvəkkil səfər çərçivəsində Ermənistanın təcavüzünə məruz qalmış mülki əhali ilə görüşlər keçirib, onların problemləri ilə maraqlanıb, Ermənistanın azərbaycanlı mülki əhaliyə qarşı törətdiyi hərbi cinayətlər, hüquq pozuntuları nəticəsində dinc sakinlərin həyatlarına və mülkiyyətlərinə qəsd edilməsi ilə əlaqədar ağır maddi və mənəvi ziyana məruz qalmaları faktları müşahidə edilib. Diqqətə çatdırılıb ki, monitorinqlər Ermənistan silahlı qüvvələri tərəfindən ağır artilleriyadan mülki obyektlərimizə açılan atəşlər altında aparılıb.

Hesabatda Ermənistan silahlı qüvvələrinin Tovuzun Ağdam və Dondar Quşçu kəndləri istiqamətində atəşkəs rejimini pozaraq ağır artilleriya hücumu nəticəsində kənd sakinlərinə məxsus evlərə, digər mülki obyektlərə ciddi zərər dəydiyi, ev heyvanlarının tələf edildiyi nəzərə çatdırılıb.

Bununla yanaşı, ağır artilleriya hücumu nəticəsində 76 yaşlı əlilliyi olan şəxs Əzizov Əziz İzzət oğlunun evində şam yeməyinə hazırlaşarkən qətlə yetirildiyi, ona məxsus ev və digər mülki obyektlərin dağıdıldığı vurğulanıb.

Bildirilib ki, Ermənistan tərəfinin mülki obyektləri və insanları hədəf alması insan hüquqları sahəsində mövcud beynəlxalq sənədlərin, o cümlədən Müharibə zamanı mülki şəxslərin müdafiəsinə dair Cenevrə Konvensiyasının tələblərinin kobud pozuntusudur.

Hesabatda eyni zamanda, Ermənistan silahlı qüvvələrinin Tovuz rayon Mərkəzi Xəstəxanasını artilleriya atəşinə məruz qoyması, bu zaman xəstəxanaya zərər yetirilməklə bərabər, orada çalışan tibb personalına və xəstələrə psixoloji sarsıntı yaşadılması faktı da əksini tapıb.

Qeyd edilib ki, Ermənistan tərəfinin mülki xəstəxananı hədəf alması Müharibə zamanı mülki şəxslərin müdafiəsinə dair Cenevrə Konvensiyasının 18-ci maddəsinin kobud pozuntusudur. Həmin maddəyə əsasən, mülki xəstəxanalar heç bir halda hücuma məruz qalmamalı, əksinə, hər zaman münaqişə tərəfləri tərəfindən hörmət edilməli və qorunmalıdır. Ermənistanın bununla bir daha beynəlxalq hüquqa açıq hörmətsizlik nümayiş etdirdiyi qeyd olunub.

Bununla yanaşı, Müvəkkilin Müdafiə Nazirliyinin Hərbi Hospitalına baş çəkərək Ermənistan qoşunlarının Tovuz rayonu istiqamətində təxribatları və ağır artilleriya hücumları nəticəsində yaralanan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının sağlamlıq vəziyyətinin monitorinqini apardığı bildirilib.

Hesabatda BMT-nin Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrini yerinə yetirməyən, BMT Baş Assambleyasının 2006 və 2008-ci illərdə qəbul olunmuş “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı qətnamələrinə, BMT-nin, Ümumdünya Səhiyyə Təşkilatının və digər nüfuzlu beynəlxalq qurumların mövcud pandemiya ilə əlaqədar qəbul etdiyi müraciətlərə, habelə beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymayan Ermənistanın təcavüzkarlıq və işğalçılıq məqsədilə təxribatçı hərəkətlərini davam etdirməklə fundamental insan hüquqlarını, o cümlədən yaşamaq hüququnu kobud şəkildə pozaraq regionda daha təhlükəli vəziyyət yaratmasının beynəlxalq təşkilatlar və sülhsevər dövlətlər tərəfindən kəskin şəkildə pislənilməsinin, Ermənistana qarşı ciddi sanksiyaların tətbiq edilməsinin zəruriliyi qətiyyətlə vurğulanıb.

Qeyd edək ki, hesabat BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasına, YUNİSEF-in, YUNESKO-nun, Avropa İttifaqının, Avropa Şurasının, ATƏT-in rəhbərlərinə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatına və bu quruma üzv dövlətlərin Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına və milli insan hüquqları institutlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərilib.скачать dle 11.3
Mojo.az Banner