Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Ombudsman minaların yaratdığı ağır nəticələrlə bağlı hesabat yayımladı

21.06.2021 15:12 837
Ombudsman minaların yaratdığı ağır nəticələrlə bağlı hesabat yayımladı
Ombudsmanın işğaldan azad olunmuş ərazilərdə işğal müddətində və daha sonra basdırılmış minaların yaratmış olduğu ağır nəticələrlə bağlı hesabatı yayımlanıb.

Bu barədə Ombudsman Aparatı məlumat yayıb.

Məlumatda bildirilir ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva beynəlxalq təşkilatlara Azərbaycanın işğaldan azad olunmuş ərazilərində Ermənistan tərəfindən işğal dövründə və daha sonra basdırılan minaların səbəb olduğu insan tələfatı ilə bağlı Ad hoc hesabat ünvanlayıb.

Hesabatda Ermənistanın Azərbaycana qarşı yürütdüyü etnik təmizləmə və işğal siyasətinin nəticələri ilə yanaşı, düşmən tərəfin silahlı qüvvələrinin və diversant qruplarının həm Ermənistan-Azərbaycan hərbi münaqişəsi zamanı, həm də münaqişədən sonrakı dövrdə işğaldan azad edilmiş ərazilərdə basdırdığı minaların partlaması nəticəsində baş verən çox sayda insan tələfatı barəsində məlumat verilib. Bundan əlavə, hesabatda Ermənistanın beynəlxalq hüquqla yanaşı, beynəlxalq humanitar hüquq norma və prinsiplərini pozması hüquqi cəhətdən əsaslandırılıb.

Hesabatın məqsədi Ermənistanın uzun müddət Azərbaycanın 20 faiz ərazilərini işğal altında saxladığı zaman mina və digər partlayıcı qurğular basdırması faktlarını, Ermənistan tərəfinin hələ də mina xəritələrinin hamısını verməkdən imtina edərək beynəlxalq humanitar hüquq norma və prinsiplərini pozduğunu dünya ictimaiyyətinə çatdırmaqdır.

Ombudsman hesabatda Ermənistan dövlətinin beynəlxalq hüquq və beynəlxalq hümanitar huquq normalarına, insan hüquqlarına etinasız yanaşaraq hələ də mina xəritələrinin hamısını verməkdən imtina etməsi, bununla 30 il müddətində doğma yurdlarından didərgin düşmüş, əhalinin həssas təbəqəsi olan məcburi köçkünlərin öz evlərinə və gündəlik həyatlarına geri dönməsinə maneə törətməsi ilə bağlı narahatlığını ifadə edir və beynəlxalq təşkilatları, milli insan hüquqları təsisatlarını günahsız insanların həlak olmasına, sağlamlıqlarının itirilməsinə və yeni münaqişə ocaqlarının yaranmasına səbəb olacaq bu cür əməllərə son qoymaq üçün səylərini birləşdirməyə çağırır.скачать dle 11.3
Mojo.az Banner