Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Ombudsman mina təhlükəsi ilə bağlı beynəlxalq təşkilatlara çağırış edib

21.06.2024 21:06 1 986
Ombudsman mina təhlükəsi ilə bağlı beynəlxalq təşkilatlara çağırış edib
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva mina təhlükəsi ilə bağlı beynəlxalq təşkilatlara çağırış edib.

Ombudsmanın müraciətində işğal dövründə Ermənistan tərəfindən Azərbaycan torpaqlarında basdırılmış minaların mülki şəxslərin və hərbi qulluqçuların həyatına təhlükə yaratmaqda və son qoymaqda davam etdiyi vurğulanıb. Qeyd edilib ki, son iki gündə işğaldan azad olunmuş Cəbrayıl rayonu ərazisində baş vermiş partlayışlar nəticəsində Azərbaycan Minatəmizləmə Agentliyinin əməkdaşı vəfat edib, bir neçə mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb:

"İşğaldan azad edilmiş ərazilərimizdə basdırılmış minalar və partlamamış hərbi sursatlar bölgədə bərpa və yenidənqurma işlərinin icra edilməsinə, keçmiş məcburi köçkünlərin təhlükəsiz şəkildə öz yurdlarına qayıdışına və bu torpaqlarda yaşayışına, eləcə də ekoloji problemlər və onların yaratdığı fəsadlarla mübarizə dövründə sağlam ətraf mühitdə yaşamaq hüququnun təmin olunmasına ciddi maneə törədir.

Ermənistan tərəfindən otuz ilə yaxın işğal dövründə basdırılmış minaların dəqiq xəritələrinin təqdim olunmaması isə onların beynəlxalq hüquq və beynəlxalq humanitar hüququn norma və prinsiplərinə hörmətsizliyini hələ də açıq şəkildə nümayiş etdirməkdədir".

Ombudsman bildirib ki, beynəlxalq təşkilatlar Ermənistanın mina terroruna biganə qalmamalı, törədilən hərbi və ekoloji cinayətlərə, humanitar hüquq pozuntularına, o cümlədən uşaq hüquqlarının kobud şəkildə pozulmasına sərt reaksiya verməli, dəqiq mina xəritələrinin Azərbaycana təqdim edilməsi istiqamətində bu ölkəyə ciddi təsirlər göstərməlidir.
//report

Son xəbərlər