Mojo.az Banner
13:51 Bu gün "Turan Tovuz" İstanbul nəhəngi ilə qarşılaşacaq  |     13:48 İlkin Namazov vəzifəsindən azad edildi  |     13:38 Zabratda küçələri su basdı: Hərəkət çətinləşdi - Video  |     13:37 Azərbaycan nefti ucuzlaşıb  |     13:32 Rusiyada epidemiya şübhəsi: 197 nəfər nəzarətə götürüldü  |     13:29 Ermənistan Azərbaycan hərbçisi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirdi  |     13:17 Nazirlikdən direktorlara xəbərdarlıq: Hədiyyə qəbul etmək qadağandır  |     13:08 Yağıntılı hava şəraiti nə vaxtadək davam edəcək?  |     23:01 Avtomobil almaq istəyənlər DİQQƏT! – Bunu mütləq edin  |     22:56 Bu yol 20 Yanvar və “Şamaxinka”dakı nəqliyyat yükünü azalda bilər – EKSPERT - VİDEO  |     22:50 Ronaldonu belə geri qaytarmaq istəyirlər  |     22:43 Süd vəzi ağrısı nə zaman təhlükəlidir? – Mütəxəssisdən xəbərdarlıq  |     22:38 Şakiranın konserti ilk dəfə dünya üzrə canlı yayımlanacaq  |     22:30 Bu tarixədək pinqvinlər tamamilə məhv ola bilər  |     22:24 Övladınızın “WhatsApp” istifadəsinə nəzarət edə biləcəksiniz  |     22:19 Torpağa basdırılan silah-sursat üzə çıxarıldı  |     22:11 Uşaqlar yatmazdan əvvəl niyə çox danışırlar?  |     22:06 Estoniya tranzit yolunu bağladı  |     21:59 Bakıda kişi pilləkənlərdən yıxılıb öldü  |     21:51 Pulsuz “Wi-Fi” sizə baha başa gələ bilər - Səbəb  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycan və Slovakiya spikerlərinin birgə brifinqi keçirilib

08.10.2021 20:10 831
Azərbaycan və Slovakiya spikerlərinin birgə brifinqi keçirilib
Milli Məclisin sədri Sahibə Qafarovanın Slovakiyaya rəsmi səfəri çərçivəsində Azərbaycan və Slovakiya spikerlərinin görüşündən sonra birgə brifinq keçirilib.

"Report" xəbər verir ki, Milli Məclisin sədri bildirib ki, Azərbaycan parlament nümayəndə heyətinin Slovakiyaya səfəri uğurla davam edir.

Spiker qeyd edib ki, bu, Milli Məclisin sədri səviyyəsində Slovakiyaya ilk rəsmi səfərdir:

"Səfər müddətində Slovakiya Respublikasının Baş naziri Eduard Hegerlə və Milli Şuranın sədri Boris Kollarla konstruktiv görüşlərimiz oldu və proqrama uyğun olaraq görüşlər davam edir. Keçirilən görüşlərdə Azərbaycan-Slovakiya münasibətləri parlament müstəvisində müzakirə olundu, ikitərəfli və çoxtərəfli formatda əlaqələrimizin daha da dərinləşdirilməsi barədə fikirlərimizi bölüşdük".

Sahibə Qafarova jurnalistlərin diqqətinə çatdırıb ki, Azərbaycan Avropa İttifaqı ölkələrindən biri olan Slovakiya ilə əlaqələrin inkişafında maraqlıdır. O, Milli Şuranın sədri Boris Kollarla görüşündə qarşılıqlı səfərlər, qanunvericilik sahəsində təcrübə mübadiləsi barədə fikirlərini bölüşdüklərini deyib.

Spiker nəzərə çatdırıb ki, parlamentlərarası münasibətlərin inkişafı xalqlarımızın daha da yaxınlaşmasına, Azərbaycan həqiqətlərinin Slovakiya ictimaiyyətinə, Slovakiyada baş verən proseslərin Azərbaycan ictimaiyyətinə obyektiv çatdırılmasında əhəmiyyətli rol oynaya bilər. O, parlamentlərarası münasibətlərin dərinləşməsinin ölkələrimiz arasında da əlaqələrin yüksələn xətlə inkişafına öz töhfəsini verəcəyinə inamını bildirib.

Milli Məclisin sədri deyib ki, keçirilən görüşlərdə Azərbaycanın 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranmış yeni vəziyyət barədə həmsöhbətlərinə məlumat verib. Vurğulayıb ki, bu müharibə nəticəsində Azərbaycan beynəlxalq ictimaiyyət tərəfindən tanınmış ərazi bütövlüyünü bərpa edib. Spiker, həmçinin Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi Xocalı soyqırımının 30 illiyi ərəfəsində insanlığa qarşı törədilmiş bu cinayətə Slovakiya Parlamentinin də münasibət bildirməsi barədə istəklərini bölüşdüyünü qeyd edib.

скачать dle 11.3
Mojo.az Banner