Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
18:45 “Borcunu ödəməyənlərə görə biz niyə əziyyət çəkməliyik?!” | 18:34 Toya yazdırdığımız pul dəyərində yeməliyik? - 20 çeşid yemək məsələsi | 18:24 "Temu" ilə bağlı Dövlət Agentliyindən açıqlama | 18:03 Murad Süleymanov vəzifəsindən azad edildi | 17:25 14 yaşlı bacısı oğluna işgəncə verməkdə təqsirləndirilən falçının məhkəməsi: Zərərçəkmiş nələr danışdı? | 17:24 Gecələr işıqları yanmayan evləri hədəf alan şəxs saxlanıldı | 17:12 Bəzi rayonlara qar yağır - Faktiki hava | 17:00 Zəhmətin qiyməti 19 qəpik: Mövsümi işçilərin qazancı niyə bu qədər azdır? | 16:50 Dənizdə batan 20 yaşlı Nəsrəddinin meyiti tapıldı | 16:38 Adına evi olan şəxslərin NƏZƏRİNƏ | 16:36 Milyonluq mənimsəmədə təqsirləndirilən sabiq idarə rəisi məhkəmədən vaxt istədi | 16:30 Bakıda iki azyaşlı bacının vəfatı ilə bağlı rəsmi açıqlama | 16:29 Azərbaycan xaricdən 13 milyon dollarlıq plastik tullantısı alıb | 16:10 İslam Rzayevin əmlaklarına həbs qoyuldu - Siyahı | 14:57 Litvanın XİN rəhbəri “Sabah” – “Barselona” oyununu izləyəcək | 14:47 Hacıqabulda qətl: Kürəkən saxlanıldı - Təfərrüat bilindi | 14:31 Küləkli hava ilə bağlı hərəkət iştirakçılarına xəbərdarlıq | 14:21 İlham Əliyevdən ixracda hesablaşmalarla bağlı fərman | 13:56 Bu gün metro və avtobuslarda gedişhaqqı 1 qəpik olacaq | 13:48 Bağça müəllimlərinin işə qəbulu başlayır |
Mojo.az Avto
Mojo.az Avto

Vətən müharibəsindən sonra 102 şəhid övladı dünyaya gəlib

08.10.2021 13:35 1 917
Vətən müharibəsindən sonra 102 şəhid övladı dünyaya gəlib
Azərbaycanda Vətən müharibəsindən sonra 102 şəhid övladı dünyaya gəlib.

“Report” xəbər verir ki, bunu “YAŞAT” Fondunun rəhbəri Elvin Hüseynov deyib.

“Bütün şəhid övladları, qazilər bizə əmanətdir”, - deyə E. Hüseynov əlavə edib.

Qeyd edək ki, “YAŞAT” Fondunun layihəsi çərçivəsində Vətən müharibəsindən sonra dünyaya gələn şəhid övladlarının zəruri xərcləri Fond tərəfindən qarşılanır.

Bu məqsədlə 1 000 AZN analara təqdim olunur və dünyaya yeni göz açan körpələrin adına 5 000 AZN-lik hesab açılır. Həmin hesaba vəsait Fonda edilən ianələr hesabına toplanmış məbləğdən köçürülür.

Həmin məbləğin üzərinə mütəmadi olaraq faiz toplanılacaq və həmin şəhid övladı 18 yaşına çatdıqdan sonra toplanan məbləği özü hesabından çıxara biləcək.

Son xəbərlər