Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
20:11 Sergey Lebedev: "Azərbaycan 2028-ci ildə ilk dəfə MDB-yə sədrlik edəcək" | 20:00 UEFA Avropa Liqasında baş verən azarkeş qarşıdurmaları ilə bağlı araşdırmaya başladı | 19:38 Bakı-Sumqayıt yolu üçün yeni plan | 19:22 Sabah bu ərazidə işıq kəsiləcək | 19:00 Gürcüstanın Türkiyədəki səfiri Xarici İşlər Nazirliyinə çağırıldı | 18:54 İşçini müqaviləsiz çalışdıran turizm şirkətinə 23 min manatlıq cəza | 18:51 Azərbaycanda fabrik direktoru vəfat etdi | 18:32 SON DƏQİQƏ! DİN əməliyyat keçirdi: Saxlanılan şəxslərin siyahısı | 18:09 Öldürəndən sonra qızlarını parçalayan ata və ögey anaya hökm oxundu | 18:02 Rekordlar qıran baş məşqçinin Azərbaycandan çıxışına qadağa qoyuldu | 17:54 Azərbaycanın Suriyaya ixracı 388 milyon dolları ötüb | 17:46 Həbsdən çıxandan sonra yenə oğurluğa qurşandı - Gəncədə samovar və təkər oğrusu tutuldu | 17:31 İslam Rzayevlə bağlı qərar verildi | 17:19 Moskvadan gələn baqajda 10 minədək bəyan edilməyən dərman aşkarlandı | 17:01 Lənkəranda avtomobil 10 yaşlı uşağı vuraraq öldürüb | 16:59 Prezident Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi təsdiqlədi | 16:40 Valideynlərin cibinə, uşaqların dərs yükünə daha bir zərbə: Yeni imtahan təklifi | 16:16 "TikTok"da telefon satışı adı ilə dörd nəfəri aldadıb pullarını qumara qoydu – Cəzalandırıldı | 16:13 Orta aylıq maaşla Bakıda ev almaq: "50 il lazımdır" | 16:08 Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi |
Mojo.az Avto
Mojo.az Avto

Daha 2 şəhidin yeni doğulan övladlarına hesab açılacaq

18.03.2021 19:09 933
Daha 2 şəhidin yeni doğulan övladlarına hesab açılacaq
“YAŞAT” Fondunun Vətən müharibəsindən sonra dünyaya gələn şəhid övladları üçün layihəsi davam edir.

Median.Az
Fonda istinadən xəbər verir ki, daha 2 şəhidimizin yeni doğulan övladlarının, şəhidimiz İntiqam Əsgərlinin övladı İntiqamın, şəhidimiz Turab Quliyevin övladı Turabın zəruri xərcləri Fond tərəfindən qarşılanıb. Bu məqsədlə 1000 AZN analara təqdim olunub və dünyaya yeni göz açan körpələrin adına 5000 AZN-lik hesab açılacaq. Həmin hesaba vəsait Fonda edilən ianələr hesabına toplanmış məbləğdən köçürülür. Həmin məbləğin üzərinə mütəmadi olaraq faiz toplanılacaq və həmin şəhid övladı 16 yaşına çatdıqdan sonra toplanan məbləği özü hesabından çıxara biləcək.

Qeyd edək ki, bankla ana arasında bağlanmış müqaviləyə əsasən bəzi zəruri hallarda ana həmin vəsaiti daha tez çıxara biləcək. Həmçinin ana həmin məbləği istənilən valyutaya da dəyişə bilər.

Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir.

Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: https://yashat.gov.az/report/tableau

Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.

Son xəbərlər