Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:15 Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib | 22:01 Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib | 20:28 Dayəsi tərəfindən döyülərək öldürüldüyü iddia olunan körpənin görüntüsü - Video | 20:07 Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"də iki qızıl medal qazanıb | 20:01 Zaur Rzayev vəfat etdi | 19:43 Qeyri-etik davranışlarına görə daha bir tiktoker cəzalandırıldı | 19:41 Məşq zamanı vəfat edən Rəsulun fotosu | 19:24 Əli Əsədov Gürcüstana işgüzar səfər edib | 19:21 Taksi sürücüləri üçün vacib xəbər - Tarix açıqlandı | 18:43 Ceyranbatanda məktəbdə nə baş verib? - AQTA-dan reaksiya | 18:05 Xocalıda icazəsiz at çapanlar cərimələndilər | 17:59 Azərbaycan Kubokunda 1/8 finalın bütün cütlükləri bəlli olub | 17:40 İlham Əliyev İspaniya kralına başsağlığı verdi | 17:27 Qadınların kişilərdən az maaş almasının səbəbi budur - AÇIQLAMA | 17:14 Bakıda supermarketdə 100 minlik fırıldaq - Müdir çipsilərə görə həbs edildi | 17:11 Kredit götürənlər və əmanət sahibləri diqqət! Mərkəzi Bankın qərarı nəyi dəyişəcək? | 17:07 Siyəzəndə ünvanlı sosial yardıma görə dava: Qayınata kürəkənini döydü | 17:05 Deputat: Məktəblərdə tərbiyə məsələsi arxa planda qalıb | 17:03 Ceyranbatanda məktəbdə 10 şagird zəhərləndi | 16:49 "Zapı" ilə avtoxuliqanlıq edən şəxs həbs olundu |
Mojo.az Avto
Mojo.az Avto

Bu halda məcburi peyvəndlənmə aparıla bilər - Viktor Qasımov

07.10.2021 23:17 1 131
Bu halda məcburi peyvəndlənmə aparıla bilər - Viktor Qasımov
Azərbaycanda yaşı 18-dən aşağı olanların peyvəndlənməsi könüllüdür və yalnız valideynlərin razılığı əsasında aparılır. Onlara qarşı heç bir məhdudiyyət nəzərdə tutulmayıb. Lakin əhali arasında peyvəndləmənin məcburi olması ilə bağlı bir sıra fikirlərə aydınlıq gətirmək istəyirəm. "Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında” Qanunda göstərilir ki, əhalinin müəyyən xəstəliklərə qarşı peyvəndlənməsi könüllü aparılır, lakin müəyyən yoluxucu infeksiyalar baş verdikdə məcburi peyvəndlənmə aparıla bilər.

Qaynarinfo xəbər verir ki, bunu səhiyyə nazirinin müavini Viktor Qasımov Milli Məclisin Səhiyyə komitəsində keçirilən "Koronavirus infeksiyası (COVID-19) ilə bağlı ölkədəki mövcud vəziyyət, vaksinasiya və görülən digər tədbirlər barədə” dinləmələr zamanı deyib.

V. Qasımov bildirib ki, "Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında” Qanunda həmin yoluxucu xəstəliklərin və məcburi peyvəndlənəcək əhali qruplarının siyahısı yer alıb. Epidemioloji vəziyyət davam edəcəyi təqdirdə bu məsələyə də baxmaq mümkündür”.

Nazir müavini qeyd edib ki, Azərbaycanda uşaqların dispanserizasiyası qanunvericiliklə tənzimlənsə də, yaşlı əhalinin dispanserizasiyası aparılmır. Bildirib ki, yaşlıların dispanserizasiyası məsələsinə baxılacaq.

Son xəbərlər