Mojo.az Banner
11:53 Fransada məktəblilərin etirazları: 190-dan çox şagird yaralanıb  |     11:48 Tələbənin ölümünə səbəb olan sürücüyə cəza verildi - Təfərrüat  |     11:31 Azərbaycanda polkovnik həbs edildi  |     23:01 Şamaxıda gecəyarısı vətəndaşın obyektini sökən şirkət kimindir? (VİDEO)  |     22:57 Zirzəmidə yıxılıb çarəsiz qalan şəxs xilas olundu (VİDEO)  |     22:51 Azərbaycanda uzunömürlülərin sayı - MARAQLI STATİSTİKA  |     22:45 Ceyhun Bayramovla Marko Rubio arasında telefon danışığı aparıldı  |     22:40 Türkiyədə iki futbol hakimi həbs olundu  |     22:31 Ucarda şagirdin məktəbdən kənarlaşdırılması narazılıq yaradıb - VİDEO  |     22:26 Xalq artisti xəstəxanadan evə buraxıldı  |     22:20 Saturn Yerə ən yaxın mövqeyindədir: Bu gecə onu necə görmək olar?  |     22:12 Qeysəriyyə əməliyyatı olunan 31 yaşlı qadın öldü  |     22:08 Zəngəzurda saxlanılan azərbaycanlı hərbçi İrəvanda xəstəxanaya yerləşdirildi  |     21:51 Bakıda torpağın qiyməti kəskin artdı - Ən çox bu rayonda bahalaşıb  |     21:50 "Azəriqaz"ın adından 10 min manatlıq dələduzluq  |     21:46 Azərbaycanda uşaqların gözü qarşısında qadını bağçanın həyətində vəhşicəsinə bıçaqladılar - Hadisə baş verən ərazidən görüntülər  |     21:44 Məşhur türk aktrisası vəfat etdi  |     21:37 Avtomobil sürmək üçün etibarnamə tələbi niyə təkmilləşdirilmir? (VİDEO)  |     21:34 Məşhur biznesmeni ailəsi ilə hədələyiblər - 20 milyonluq şantaj işində yeni adlar  |     21:19 Tünd çörək həmişə çovdar çörəyi deyil: Seçim zamanı səhvə yol verməyin  |    
Mojo.az Avto
Mojo.az Avto

Səhiyyə Nazirliyinin rəsmisi: “Uşaqların kütləvi vaksinasiyasına ehtiyac yoxdur” - VİDEO

07.10.2021 13:11 798
Səhiyyə Nazirliyinin rəsmisi: “Uşaqların kütləvi vaksinasiyasına ehtiyac yoxdur” - VİDEO
“Müəyyən dərman preparatları qəbul edən uşaqlara peyvəndin vurulub-vurulmamasını valideynlər həkimlə məsləhətləşməlidir”.

Bunu ARB24-ün “İşgüzar səhər” verilişinə açıqlamasında Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin müdiri Nabil Seyidov deyib.

O bildirib ki, bəzi dərmanların istifadəsi zamanı peyvənd vurulmasının effektivliyi olmaya bilər:

“İmmun sistemini zəiflədən dərmanlar var ki, onlar onkoloji və s. xəstəliklərin müalicəsində müəyyən müddətdə istifadə olunur. Həmin dövrdə peyvənd vurulmasının heç bir faydası yoxdur. Çünki dərman peyvəndin effektivliyinin qarşısını alacaq. Bundan başqa astmanın, allergiyanın kəskinləşməsi, ürək qüsurları səbəbindən yaranan pozuntular zamanı uşaqlar vaksinasiya prosesindən kənarlaşdırılmalıdırlar. Bu, onların vəziyyəti sabitləşənədək davam etməlidir. Amma mütləq şəkildə uşaqların vaksinasiya edilməsi qadağandır kimi bir hal yoxdur. Çünki vaksinlərin əksəriyyətində istifadə edilən maddələrin ağırlaşma, allergiya yaratma potensialı çox aşağıdır. Belə hadisələr isə çox nadir hallarda baş verir”.

N.Seyidov onu da qeyd edib ki, Azərbaycanda gənclərin sayı çox olduğu üçün uşaqların kütləvi vaksinasiyasına ehtiyac yoxdur.скачать dle 11.3
Mojo.az Banner