Mojo.az — elanlar
Son Xəbərlər
13:35 Dünya çempionatı: Azərbaycanın dörd güləşçisi mübarizəyə başlayır  |     13:34 Sakit okeanda 7.2 maqnitudalı zəlzələ: Sunami təhlükəsi elan olundu  |     13:33 Zaqatalada silsilə oğurluqlar edən şəxs tutuldu  |     13:30 Bakıda “Tesla” parkında tanışına qarşı quldurluq edən şəxsə hökm oxundu  |     13:26 Bakıda kişi 2 kişini aldadıb 455 min manat pullarını aldı  |     13:21 Yarım milyon borcu olan şirkət rəhbərinə ölkədən çıxış qadağası  |     13:19 Gəncədə qadın bıçaqlandı: Əri şübhəli bilinir  |     23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |    
Mojo.az Avto
Mojo.az Avto

Böyük Britaniya miqrant siyasətinə yenidən baxacaq

06.10.2021 19:27 1 530
Böyük Britaniya miqrant siyasətinə yenidən baxacaq
"Brexit"dən sonra Böyük Britaniyadan kütləvi miqrant axını ölkənin iqtisadi siyasətini dəyişə bilər.

Bu barədə "Reuters" analitikləri məlumat yayıb.

Məlumatda deyilir ki, təxminən 25 il əvvəl ölkə iqtisadiyyatında daha az inkişaf edən Avropa ölkələrindən gələn ucuz işçi qüvvəsi yer tuturdu.

Miqrantların ölkəni tərk etməsi və yaxud onların ölkəyə girişinə qoyulan məhdudiyyətlər Böyük Britaniyanın iqtisadi siyasətində genişmiqyaslı dəyişikliklərə səbəb olacaq. Belə ki, "Brexit" dünyada artıq pozulmuş təchizat zəncirinə əlavə zərbə vurub.

Analitiklərin fikrincə, sürücülərin, qəssabların və anbar işçilərinin çatışmazlığı Britaniya şirkətlərini əmək haqqını artırmağa məcbur edir, eyni zamanda istehlak qiymətlərini stimullaşdırır.

Öz növbəsində ölkənin Baş naziri Boris Conson daha aşağı maaş və işçilərin qeyri-kafi keyfiyyətlərinin qənaətbəxş olduğu uğursuz modelə bir daha qayıtmayacağını bəyan edib. Bundan sonra ölkənin iqtisadi siyasəti ixtisaslı kadrlara və müasir avadanlıqlara vəsait ayırmaq xətti götürəcək.

Mütəxəssislər hesab edirlər ki, Baş nazir işçi çatışmazlığı problemindən daha yüksək əmək haqqı təyin etməklə çıxmağa çalışır. Mövcud vəziyyətin isə nəticəsi yalnız inflyasiyanın artması ola bilər ki, bu da vətəndaşların gəlirinə təsir edəcək.

Son xəbərlər