Mojo.az Banner
22:01 Heç vaxt müflis olmayacaq BÜRCLƏR  |     21:54 Süni intellekt tanrıya və ruhlara“inanmağa” başladı  |     21:48 Şəmkirdə qadın qaşıqla keçmiş ərinin başını əzdi  |     21:40 Yarasalar ilk dəfə harada peyda olub? - TƏDQİQAT  |     21:33 Bakıda aliment borclarını ödəməyən ata həbs olundu  |     21:27 Rusiyaya gedən şaftalı yükündən görün nələr çıxdı? - VİDEO  |     21:13 Uranın peykinin altında 160 kilometr dərinliyində okean olmuş ola bilər  |     21:08 Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi  |     21:03 Taylandda güclü yağışlar daşqınlara səbəb oldu  |     20:56 Mənzil almazdan əvvəl bunu bilməlisiniz – Hansı evlər dəyər itirə BİLƏR?  |     20:51 Emin Ağalarov: “Sea Breeze" beynəlxalq investisiya xəritəsinə daxil olub”  |     20:43 Miri Yusif “Tanrı”nı təqdim etdi - VİDEO  |     20:38 İranda avtobus qəzası: 11 ölü, 17 yaralı var  |     20:29 Azərbaycanda bu məktəblər birləşdirilə bilər - Yeni qərarın detalları  |     20:24 Samir Bağırov səhnəyə qayıtdı - YENİ KLİPİ (VİDEO)  |     20:15 Ət bazarında yeni qaydalar: Qiymətlər bahalaşa bilər  |     20:10 Bakı 2040-cı ilədək çoxmərkəzli şəhər modelinə keçəcək  |     20:02 Çörəyin son istifadə tarixindən əvvəl xarab olduğunu necə anlamaq olar?  |     19:57 Deputat: "Ermənilərin Azərbaycan tarixi ilə bağlı saxtakarlıqları davam edir"  |     19:49 Pəncərələrdə tül artıq məcburi deyil: Müasir evlərdə onu nə ilə əvəz edirlər?  |    
Mojo.az Avto
Mojo.az Avto

Rəşad Nəbiyev elm və texnologiya nazirlərinin 18-ci “dəyirmi masa”sında onlayn formatda iştirak edib - FOTO

02.10.2021 20:08 1 320
Rəşad Nəbiyev elm və texnologiya nazirlərinin 18-ci “dəyirmi masa”sında onlayn formatda iştirak edib - FOTO
Dünyanın 50-dən çox ölkəsinin qatıldığı elm və texnologiya nazirlərinin 18-ci “dəyirmi masa”sı virtual formatda təşkil olunub.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən məlumata görə “Dəyirmi masa” cəmiyyətdə Elm və Texnologiya (STS) Forumunun yüksək səviyyəli iclası hesab olunur.

Qeyd edək ki, ilk dəfə 2004-cü ilin noyabr ayında Yaponiyanın Kyoto şəhərində təsis edilmiş forum qeyri-rəsmi əsasda açıq müzakirələr üçün yeni bir mexanizm təmin etmək, elm və texnologiyanın tətbiqindən qaynaqlanan problemləri vaxtında müzakirə etmək məqsədi daşıyır.

Elm və texnologiya nazirlərinin 18-ci “dəyirmi masa”sında iştirak edən Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev ölkəmizdə “COVID-19” pandemiyası ilə mübarizədə istifadə edilmiş yeni texnologiyalar, yaradılmış rəqəmsal platformalar haqqında danışıb: “Bu həllər virtual tibb, virtual tədris, videokonfrans sistemi və karantin rejimi dövründə insanların evlərini tərk etmələrinə icazə verən xüsusi elektron platformanı əhatə edir”.

Bildirilib ki, 44 gün davam edən Vətən müharibəsindən sonra ordumuz 30 ilə yaxın erməni işğalı altında olan torpaqları azad etdi. Ölkənin qarşısında uzun bir yenidənqurma prosesi dayanır və Azərbaycan Prezidenti cənab İlham Əliyevin gələcəyə baxışının əsas strateji istiqamətlərindən birini “yaradıcı və innovativ cəmiyyət” qurmaq təşkil edir, bunun da tərkib hissəsi elm və texnologiyanın inkişafıdır. Bu, geniş araşdırma, startap ekosisteminin inkişafı və innovativ həllərin tətbiqi əsasında həyata keçiriləcək.

Qeyd olunub ki, ancaq bu gün ölkələr beynəlxalq əməkdaşlığa qapılarını açmadan heç bir sahədə əsl sıçrayış əldə edə bilməzlər. Azərbaycan, böyük transmilli şirkətlərin yalnız infrastruktura deyil, insan kapitalına sərmayə qoyma, xüsusən də ölkədə istedadların inkişafı üçün tədqiqat laboratoriyaları qurma modelini alqışlayır.

“Azərbaycanda hökumət, iqtisadiyyat və cəmiyyətin rəqəmsal transformasiyası strateji bir zərurətdir, modernləşmə və inkişafın hərəkətverici qüvvələrindən biridir”, – deyə “dəyirmi masa”da vurğulanıb.

скачать dle 11.3
Mojo.az Banner