Mojo.az Banner
22:40 Türkiyədə iki futbol hakimi həbs olundu  |     22:31 Ucarda şagirdin məktəbdən kənarlaşdırılması narazılıq yaradıb - VİDEO  |     22:26 Xalq artisti xəstəxanadan evə buraxıldı  |     22:20 Saturn Yerə ən yaxın mövqeyindədir: Bu gecə onu necə görmək olar?  |     22:12 Qeysəriyyə əməliyyatı olunan 31 yaşlı qadın öldü  |     22:08 Zəngəzurda saxlanılan azərbaycanlı hərbçi İrəvanda xəstəxanaya yerləşdirildi  |     21:51 Bakıda torpağın qiyməti kəskin artdı - Ən çox bu rayonda bahalaşıb  |     21:50 "Azəriqaz"ın adından 10 min manatlıq dələduzluq  |     21:46 Azərbaycanda uşaqların gözü qarşısında qadını bağçanın həyətində vəhşicəsinə bıçaqladılar - Hadisə baş verən ərazidən görüntülər  |     21:44 Məşhur türk aktrisası vəfat etdi  |     21:37 Avtomobil sürmək üçün etibarnamə tələbi niyə təkmilləşdirilmir? (VİDEO)  |     21:34 Məşhur biznesmeni ailəsi ilə hədələyiblər - 20 milyonluq şantaj işində yeni adlar  |     21:19 Tünd çörək həmişə çovdar çörəyi deyil: Seçim zamanı səhvə yol verməyin  |     21:18 ANS-in keçmiş işçisi bu televiziyaya direktor təyin olundu  |     21:08 "Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi  |     21:07 Bakıda məktəbli sinif yoldaşını qətlə yetirdi  |     20:50 Erməni konyakı yenə sərhəddə ilişib qaldı  |     20:45 Bakıda avtobus aşdı - VİDEO  |     20:28 Siyəzəndə narkotiklərlə bağlı 14 nəfər tutuldu  |     20:23 Azərbaycanda bu tələbələr pulsuz təhsil alacaqlar  |    
Mojo.az Avto
Mojo.az Avto

DYP-dən sürücülərə müraciət: Diqqətli olun!

28.09.2021 12:50 1 452
DYP-dən sürücülərə müraciət: Diqqətli olun!
Sürüşmənin qarşısını almaq üçün nəqliyyat vasitələrinin texniki sazlıqlarına diqqət yetirsinlər.

Bu barədə Oxu.Az-a Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli yağışlı hava şəraiti ilə əlaqədar sürücülərə müraciətində qeyd edib.

O bildirib ki, yağışlı hava şəraiti ilə əlaqədar sürücülər yollarda diqqətli olmalıdır:

“Sürücülər yağışın əmələ gətirdiyi gölməçələrdən keçərkən digər hərəkət iştirakçılarını, xüsusilə piyadaları nəzərə alsınlar. İnsanların daha çox narazılıq etdiyi məqamlardan biri yağışlı hava şəraitində sürücülərin bu kimi normalara laqeyd yanaşması olur.

Bununla yanaşı avtomobillərin silgəclərinin işlək vəziyyətdə olmasına diqqət etsinlər. Çünki yağışlı havada görmə məhdudiyyəti yaradan məqamlar olmamalıdır. Mövsümə uyğun olaraq avtomobillərin təkərlərinin dəyişdirilməsi önəmli faktorlardandır. Sürüşmənin qarşısını almaq üçün nəqliyyat vasitələrinin texniki sazlıqlarına diqqət yetirilməlidir. Günün pik saatlarında hərəkətdə olarkən diqqətli olmaq, piyadaların qəfil yola çıxma ehtimallarını nəzərə almaq lazımdır”.

“Sürücülər mövcud hava şəraitini nəzərə alaraq sürət həddini aşağı salmalıdırlar. Sürət həddi 110 km/saat yollarda maksimum sürətlə getmək şərt deyil. Şəhərdə müəyyən yerlərdə məlumatlandırıcı lövhələr var, ancaq rayonlararası yollarda həmin lövhələr olmaya bilər. Ona görə də, sürücülər bu məsələyə xüsusi diqqət etməlidir”, - deyə A.Əsgərli bildirib.скачать dle 11.3
Mojo.az Banner