Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
14:09 İranda nüvə hücumuna hazırlıq başladı: Əhaliyə yod paylayır | 14:07 Azərbaycanda sabiq vəzifəli şəxs vəfat etdi | 14:05 Azərbaycan nefti bahalaşıb | 13:58 Tramp marşrutu üzrə texniki planlaşdırmanın detalları açıqlandı | 13:57 İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO | 13:48 Qazaxda iki gənc bir-birini bıçaqlayıb - Təfərrüat (Yenilənib) | 13:40 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb | 13:36 Azərbaycanda kişi videogörüntülərlə şantaj olundu: Şübhəli şəxs həbs edildi | 13:26 İlham Əliyev Xankəndi stadionunun açılışında iştirak edib - Foto | 13:24 Bayram günlərində metroda hərəkətin qrafiki dəyişdiriləcək | 13:11 Sabah Bakıda intensiv yağış yağacaq - 08.11.2026 | 23:01 Yerimə sürəti ömrün uzunluğundan xəbər verə bilər - Yeni araşdırma | 22:55 Hava limanında 20 min dollar tapan şəxslə bağlı qərar verildi | 22:50 Kirayə pulunu ödəmək üçün qapı oğurladı, 23 gün həbs edildi | 22:42 Payız yorğunluğundan xilas olmaq üçün 5 sadə məşq - Mütəxəssisdən tövsiyələr | 22:37 "Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi | 22:30 Xəbəri olmadan adına şirkət açıldı, 634 min manat vergi borcu yarandı (VİDEO) | 22:24 Üzü daha gənc göstərən saç kəsimləri | 22:15 Qazaxıstan və Ermənistan TRIPP-i müzakirə etdi | 22:10 Yaponiyada güclü zəlzələ oldu |
Mojo.az Avto
Mojo.az Avto

Bakıda şagirdlərin gözləri qarşısında polislə vətəndaş arasında insident - VİDEO

25.09.2021 14:06 3 576
Bakıda şagirdlərin gözləri qarşısında polislə vətəndaş arasında insident - VİDEO
Bakıda 60 nömrəli məktəbin qarşısında polis əməkdaşı ilə vətəndaş arasında insident yaranıb.

Hadisənin görüntüləri sosial şəbəkədə yayılıb. İlkin məlumata görə, 60 nömrəli məktəbin qarşısında avtomobili saxlayan valideyn övladını götürmək istəyib. Bu zaman polis əməkdaşları ilə mübahisə yaşanıb.

Videogörüntülər sosial şəbəkə istifadəçiləri tərəfindən müzakirələrə səbəb olub. İnsanlar uşaqların gözü önündə bu cür hadisənin yaşanmasını qınayıb.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən Oxu.Az-a bildirilib ki, qeyd edilən hadisə zamanı “Opel Astra” markalı avtomobilin sürücüsünün nəqliyyat vasitəsini Yasamal rayonu, Bakıxanov körpüsünün yaxınlığında 3-cü cərgədə saxlaması digər maşınların hərəkətinə maneə yaradıb:

“Sürücüyə ərazidə olan yol polisləri bir neçə dəfə xəbərdarlıq ediblər. Amma sürücü buna məhəl qoymayıb. Daha sonra polislər sürücü barəsində inzibati protokol tərtib ediblər. Bu zaman sürücü yol polisləri ilə mübahisə edib və onları təhqir etməyə başlayıb. Daha sonra sürücü özünə xəsarət yetirmək üçün yaxınlıqda yerləşən orta məktəbin divarına baş nahiyəsini vurmağa çalışaraq, guya polis əməkdaşlarının onu döydüyü barədə həqiqətə uyğun olmayan görüntü yaratmağa çalışıb. Amma yol polislərinin çevikliyi sayəsində videodan da göründüyü kimi sürücünün özünə xəsarət yetirməsinə imkan verilməyib.

Daha sonra sürücü ərazi üzrə Yasamal RPİ-nin 27-ci Polis Bölməsinə aparılıb. Onun barəsində araşdırmalar aparılır. Qeyd edək ki, sürücünün guya uşaqlarının gözü önündə polislər tərəfindən döyülməsi barədə sosial şəbəkələrdə yayılan fikirlər tam yanlış və yoxlanılmadan tirajlanan məlumatlardır. Həmin uşaqların qaydaları pozan sürücü ilə heç bir əlaqəsi yoxdur. Hadisə məktəbin yaxınlığında baş verdiyindən uşaqlar da lentə alan şəxs tərəfindən görüntülənib. Həmin sürücü qəsdən ajiotaj yaradaraq məsuliyyətdən yayınmaq üçün bu cür şouya əl atıb”.

Son xəbərlər