Mojo.az Banner
Son Xəbərlər
23:01 Parisdə komendant saatı elan edildi  |     22:50 "Barbarların səviyyəsinə enmədik" - Prezident (VİDEO)  |     22:47 Vəkili Nəvainin həbsdəki həyatından danışdı  |     22:40 Sankt-Peterburqda 5 nəfərdə meymunçiçəyi təsdiqləndi  |     22:35 Sərnişin qatarlarına 26 dəfə daş atılıb  |     22:28 4 mindən çox insan Eboladan öldü  |     22:23 Adnan Əhmədzadənin 13 aylıq həbsi başa çatdı - Yeni qərar  |     22:14 Xəzər dənizinin Azərbaycana aid hissəsində qaçaqmal aşkarlandı  |     22:09 Azad edilmiş ərazilərdə daha 256 mina aşkarlandı  |     22:01 Bu marşrut üzrə əlavə qatar reysləri təyin olundu  |     21:34 Moskvada "Qeyri-leqal-2026" əməliyyatı: 6000-dən çox miqrant Rusiyadan çıxarılacaq  |     21:18 Bakı Təşəbbüs Qrupu: "Parisdə polis kaledoniyamənşəli gənci amansızcasına döyüb"  |     21:00 İsveçrədən Çinə uçan təyyarə Bakıda məcburi eniş etdi  |     20:25 Epilepsiyalı övladını əməliyyat etdimək istədi, 22 min manatlıq dələduzluğun qurbanı oldu - Video  |     19:54 Qazaxda mal-qara otlağına ildırım düşdü, xəsarət alan var  |     19:39 Evlərə girib oğurluq edən qaraçılara hökm oxundu  |     19:26 "Falçılıq" adı altında dələduzluq edən şəxs saxlanılıb  |     19:14 Dövlət əleyhinə açıq çağırışlar yayan yeddi nəfər beynəlxalq axtarışa verildi  |     18:14 "Sabah"ın oyunu ilə əlaqədar bəzi marşrutların hərəkət sxemi dəyişdirilir  |     18:12 Leyla Əliyeva Türkmənistanda səfərdədir - Foto  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda sürücü yol polisini belə şantaj etdi – VİDEO

20.08.2018 18:38 4 586
Bakıda sürücü yol polisini belə şantaj etdi – VİDEO
Sosial şəbəkələrdə sürücü ilə yol polisinin mübahisə etməsilə bağlı video yayılıb.

Median.Az
xəbər verir ki, bu videonu yayan yol polisi tərəfindən cərimə edilən sürücüdür. Sürücü iddia edir ki, yol polisi qayda pozur.

Sürücü bildirib ki, ona cərimə yazan yol polisi ərazidə çəkiliş apardığını görərkən qaçan zaman yol hərəkəti qaydasını da pozub. Həmin video sosial şəbəkələrdə “Sürücüdən qaçan yol polisi” başlığı ilə paylaşılıb.

Məsələ ilə əlaqədar Bakı Şəhər Dövlət Yol Polisi İdarəsilə əlaqə saxladıq. Qurum rəsmisi polkovnik Vaqif Əsədov BAKU.WS-ə açıqlamasında bildirdi ki, hazırda məsələ araşdırılıb. Məlum olub ki, əslində sürücü yol qaydasını pozub.


“99 MT 608 dövlət nömrə nişanlı, "Opel Astra" markalı avtomobilin sürücüsü Kərimov Teymur Mərdan oğlu avqustun 18-də, saat 17:53 radələrində Cəfər Xəndan və Şövkət Məmmədova küçələrinin kəsişməsində yol hərəkəti qaydalarını kobud şəkildə pozduğu üçün həmin YPX əməkdaşı tərəfindən saxlanılıb. Sürücüyə qanunvericiliklə nəzərdə tutulmuş tələblər üzrə yol ayrıcı qaydalarını pozduğu üçün İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə uyğun olaraq İXP 1986233 saylı protokol tərtib edilib. Protokol tərtib edilərkən Teymur Kərimovun qəza şəraiti yaratdığı, yəni, yol vermədiyi "Mercedes" markalı avtomobilin sürücüsü də ora yaxınlaşıb. O, həmin avtomobili idarə edənə yol polisinin yanında iradını bildirib. Lakin bununla razılaşmayan Teymur Kərimov protokol yazılandan sonra yol polislərinin videosunu çəkərək sosial şəbəkələrdə yaymaqla özünə bəraət qazandırmaq istəyib və guya əvəz çıxıb”, - deyə qurum rəsmisi bildirib.

Vaqif Əsədov deyir ki, bu hərəkət dövlət məmuruna qarşı şər və böhtan atmaqdır:

“Şər və böhtan xarakterli video yaydığı üçün sürücü məsuliyyət daşıyır. Bununla əlaqədar adiyyatlı orqanlara müraciət edilməsi nəzərdə tutulub. Yeri gəlmişkən bildirirəm ki, böhtan və şər xarakterli matrealların yayılmasında vətəndaşlar məsuliyyət daşıyır. Bunu unutmaq olmaz. Xidmət zamanı yol polisinin fəaliyyətinə mane olmaq azmış kimi, onun şərəf və ləyaqətini təhqir etmək böyük cinayətdir. Buna görə həmin sürücü məsuliyyət daşıyır. Bu barədə mütləq məhkəməyə müraciət olunmalı və polisin şərəf və ləyaqətini alçaldan vətəndaş qanun çərçivəsində cavab verməlidir”.//baku.wsскачать dle 11.3

Son xəbərlər