Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
12:35 Antalyada COP31 başlayıb | 12:10 Azərbaycan Türkiyədən nə qədər mal alıb? - Rəqəmlər | 12:08 Rusiyada kişi yanğınsöndürənləri çağırıb onların maşınını qaçırdı | 11:59 Bakıda kanalizasiya xəttinə görə iki küçənin sakinləri arasında mübahisə düşdü - Video | 11:42 Ağdaşda 17 yaşlı yeniyetmə 36 yaşlı kişini bıçaqlayıb | 11:41 Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı | 11:19 Ölkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb | 11:13 Mehriban Əliyeva Dövlət Bayrağı Günü münasibətilə paylaşım edib - Foto | 11:09 Günəşdə XXI əsrin rekordu təkrarlandı | 11:07 Alyona Əliyeva BIAF 2026 Festivalından paylaşım edib - Foto | 11:03 İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Bayrağı Günü ilə bağlı videoçarx paylaşılıb | 23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü | 22:41 Turşu xiyarların xarab olmaması üçün nə etməli? | 22:36 “Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan | 22:30 Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ | 22:22 Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi | 22:17 Süni intellektdən tibbi məsləhət alanlara XƏBƏRDARLIQ | 22:10 Məşhur sovet aktrisası vəfat etdi |
Mojo.az Avto
Mojo.az Avto

Bakıda sürücü avtoxuliqanlıq etdi - Polis hərəkətə keçdi

02.04.2019 22:57 1 922
Bakıda sürücü avtoxuliqanlıq etdi - Polis hərəkətə keçdi
Bakıda daha bir sürücü avtoxuliqanlıq edib.

Median.Az
xezerxeber.az-a istinadən bildirir ki, paytaxtın Xətai rayonu Nobel prospektində çəkilən videodan aydın olur ki, ''VAZ-2107'' markalı avtomobilin sürücüsü üzü şəhər istiqamətində yol boyu avtoxuliqanlıq edir. Avtomobili gah sağa, gah da sola döndərərək nəqliyyat vasitəsini iki təkər üstündə idarə edir.

O, bu hərəkəti ilə digər hərəkət iştirakçıları üçün real təhlükə yardır.

Görüntünü izləyən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirdi ki, sürücünün bu əməli kobud qayda pozuntusudur.

Görüntüləri yayan şəxs iddia edir ki, sürücü avtomobili saxta dövlət nömrə nişanı ilə idarə edib. Yəni avtomobilin dövlət nömrə nişanı standarta uyğun olmayıb.

Xatırladaq ki, bir neçə gün əvvəl sosial şəbəkələrdə müxtəlif ad və soyadlar, rəqəm və hərflərin olduğu saxta nömrələrin satışı ilə bağlı 'süjet təqdim etmişdik. Həmin nömrələri hazılayan şəxslər bunun suvenir olduğunu və təhlükəli olmadığını qeyd edirdi. Bölmə rəisi Vaqif Əsədov bildirdi ki, bu cür saxta nömrələri hazırlayan və satışını həyata keçirənlər cinayət məsuliyyəti daşıyır.

Vaqif Əsədov bildirdi ki, saxta nömərə ilə avtoxuliqanlıq edən və yaxud hansısa bir cinayət törədib qaçan sürücülər zənn etməsinlər ki, onlar aşkar edilə bilmirlər. Təhlükəsiz şəhər kameraları vasitəsi ilə onlar müəyyə edilib məsuliyyətə cəlb olunurlar. O ki qaldı bu ''VAZ-2107'' markalı avtomobilin sürücüsünə, yol polisi artıq onun axtarışlarına başlayıb.

Son xəbərlər