Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:59 "Sabah" "Barselona"ya məğlub oldu | 21:15 LUKOIL rəhbəri Azərbaycandakı layihələrdən danışdı | 21:05 Elgiz Əkbərin yeni verilişi ilə bağlı ARB-dən rəsmi açıqlama | 20:58 Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb | 20:47 "Sabah" - "Barselona": Komandaların start heyətləri açıqlandı | 20:39 İranda saxta spirtli içkidən 20 nəfər ölüb | 20:26 Bərdədə su çuxurundan qadın meyiti tapıldı | 20:14 Xalq artisti Elmira Şabanovanın dəfn yeri məlum oldu | 18:45 “Borcunu ödəməyənlərə görə biz niyə əziyyət çəkməliyik?!” | 18:34 Toya yazdırdığımız pul dəyərində yeməliyik? - 20 çeşid yemək məsələsi | 18:24 "Temu" ilə bağlı Dövlət Agentliyindən açıqlama | 18:03 Murad Süleymanov vəzifəsindən azad edildi | 17:25 14 yaşlı bacısı oğluna işgəncə verməkdə təqsirləndirilən falçının məhkəməsi: Zərərçəkmiş nələr danışdı? | 17:24 Gecələr işıqları yanmayan evləri hədəf alan şəxs saxlanıldı | 17:12 Bəzi rayonlara qar yağır - Faktiki hava | 17:00 Zəhmətin qiyməti 19 qəpik: Mövsümi işçilərin qazancı niyə bu qədər azdır? | 16:50 Dənizdə batan 20 yaşlı Nəsrəddinin meyiti tapıldı | 16:38 Adına evi olan şəxslərin NƏZƏRİNƏ | 16:36 Milyonluq mənimsəmədə təqsirləndirilən sabiq idarə rəisi məhkəmədən vaxt istədi | 16:30 Bakıda iki azyaşlı bacının vəfatı ilə bağlı rəsmi açıqlama |
Mojo.az Avto
Mojo.az Avto

Baş nazir: "Gələn il ordunun müasir hərbi texnika və silah-sursatla təchizatı əsas xərc istiqamətlərindən biri olacaq"

24.09.2021 21:37 981
Baş nazir:
Baş nazir Əli Əsədovun sədrliyi ilə Azərbaycan Respublikasının 2022-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəricilərinin müzakirəsinə həsr olunmuş Nazirlər Kabinetinin geniş iclası keçirilib.

"Report" xəbər verir ki, iclası açan Baş nazir Əli Əsədov 2020-ci ilin düşmən üzərində parlaq Qələbə nəticəsində Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə əlamətdar olduğunu bildirdi. 44 günlük Vətən Müharibəsinin dövlət başçımızın rəhbərliyi, sərkərdəlik məharəti, xalqın Prezidentə birmənalı dəstəyi və onun ətrafında sıx birləşməsi, Azərbaycan Ordusunun rəşadəti və yüksək döyüş qabiliyyəti nəticəsində təmin edildiyi xüsusi vurğulanıb.

Vurğulanıb ki, işğaldan azad edilmiş ərazilərdə bərpa-yenidənqurma işlərinin aparılması, müasir iqtisadi sahələrin yaradılması, infrastrukturun qurulması, əsas fəaliyyət sahələri kimi, kənd təsərrüfatı, turizmin formalaşdırılması, regionda yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizinin bərpası istiqamətində işlər ən əsas prioritetlər sırasındadır və bu məsələ gələn ilin dövlət büdcəsində öz əksini tapıb.

Qeyd edilib ki, 2022-ci ildə ordunun maddi-texniki bazasının möhkəmləndirilməsi, onun müasir hərbi texnika və silah-sursatla təchizatı, ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin daha da gücləndirilməsi, müdafiə sənayesinin təkmilləşdirilməsi və digər tədbirlər üçün maliyyə təminatının yaradılması əsas prioritet xərc istiqamətlərindən biri olacaq.

Son xəbərlər