Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
15:00 Hava kəskin dəyişir: Güclü yağış, dolu, qar xəbərdarlığı | 14:33 Bakıda baş redaktor həbs edildi - FOTO | 14:16 İşçi işdə xəsarət alarsa, bütün xərcləri kim qarşılamalıdır? | 14:00 Fermerlərə şad xəbər: Hər heyvana görə 1000 manat verilməsi təklif edilir | 13:48 Dünyada ərzaq bahalaşması Azərbaycandakı qiymətlərə necə təsir edə bilər? | 13:31 Sərxoş sürücülərə qarşı cəzalar sərtləşdirilməlidirmi? – Hüquqşünasdan açıqlama | 13:24 Sığınacağın qarşısında dəhşət: Rusiyada azərbaycanlı gənc keçmiş sevgilisinin boğazını kəsib - Video | 13:22 71 yaşlı kişi evini fahişəxanaya çevirdi - Təfərrüat | 13:21 Azərbaycan Dublində qəbul edilən üç sənədə qoşulmadı | 13:07 "Microsoft" sistemində qlobal nasazlıq: "Outlook" 74 ölkədə çöküb | 13:06 Azərbaycan nefti ucuzlaşdı | 12:58 Mingəçevirdə parkda dava: Attraksion nəzarətçisi bıçaqlandı | 12:57 İnternatda böyüyən 11-ci sinif şagirdi market müdirini qarət etdi | 12:56 40 yaşdan sonra dişlərimiz niyə əyilir? | 12:53 "Nvidia"nın keçmiş rəhbəri ilə bağlı yeni iddia: Üçüncü qadın ortaya çıxdı | 12:38 "TikTok"da 300 min manatlıq dələduzluq: Saxlanılanlar var - VİDEO | 12:22 İkinci əl avtomobillərə tələbat artdı – Qiymətlər bahalaşır | 12:19 Cəbrayılda şirkət işçilərinin qaldığı tikilidə yanğın | 12:15 Bakı və Sumqayıtdakı xəstəxanalarda növbə ilə bağlı yenilik | 12:06 Bakı-Qazax yolunda daha bir körpü sökülür - Səbəb |
Mojo.az Avto
Mojo.az Avto

Cinayət yolu ilə əldə edilən əmlakların sayı AÇIQLANDI

24.09.2021 13:07 1 455
Cinayət yolu ilə əldə edilən əmlakların sayı AÇIQLANDI
Azərbaycanda cinayət yolu ilə əldə edilən əmlakların sayı açıqlanıb.

Bu barədə Baş Prokurorluğun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin rəisi Vüqar Əliyev məlumat verib.

Onun sözlərinə görə, fəaliyyət göstərdiyi müddət ərzində idarə tərəfindən cinayət yolu ilə əldə olunan əmlakların izlənməsi və aşkar edilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilib.

O bildirib ki, istintaq qurumlarının sorğularına əsasən təqsirləndirilən şəxslərə məxsus 164 daşınmaz əmlak, 9 torpaq sahəsi, 82 nəqliyyat vasitəsi, müxtəlif banklarda 45 kart hesabı və 17 cari hesab, 3 nəfərin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmadan fiziki şəxs qismində uçotda olması müəyyən edilib.

Dövlətə vurulan ziyanın ödənilməsi və xüsusi müsadirənin təmin edilməsi məqsədilə cinayət işləri üzrə aşkar edilən aktivlər və sair məlumatlar müvafiq istintaq orqanlarına təqdim edilib. İstintaq orqanları tərəfindən xüsusi müsadirənin təmin tədbiri kimi təqsirləndirilən şəxslərə məxsus əmlakların üzərinə müvafiq məhkəmə qərarı ilə həbs qoyulması təmin edilib.

Son xəbərlər