Mojo.az Banner
22:55 Yatarkən bunu edənlər diqqətli olsunlar!  |     22:47 Şəmkirdə TIR minik avtomobili ilə toqquşaraq aşdı  |     22:39 Niyə insanlar sosial şəbəkələrdə öz həyatlarını olduğundan fərqli göstərir?  |     22:31 Azərbaycan futbolunda yayın ən bahalı transferləri – SİYAHI  |     22:23 Tasnim: İran Hörmüz boğazının açılması üçün ABŞ-yə yeddi şərt təqdim edib  |     22:16 "Bu, müharibə olacaq": Putindən TƏCİLİ XƏBƏRDARLIQ  |     22:09 Bu şəxslərə əmək pensiyası xüsusi qaydada təyin olunur – AÇIQLAMA  |     22:01 Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb  |     21:57 İran və Oman Hörmüz boğazında gəmiçilik marşrutu ilə bağlı yekun razılaşma əldə edib  |     21:47 Telefondan çox istifadə edənlərin diqqətinə!  |     21:40 Dünyada yalnız bu üç nəfər pasportsuz gəzə bilir  |     21:32 Bakıda 23 yaşlı oğlan arvadını armaturla döydü - Kobud danışığa görə  |     21:26 Azərbaycanda nadir hadisə: Uşaq ananın qaraciyərindədir  |     21:18 Bakı İqlim Həftəsində 140-dan çox ölkədən 2 700 nümayəndə iştirak etdi  |     21:06 Bu bürclər üçün çətin dövr başlayır  |     20:52 Sinoptikdən anomal isti qış xəbərdarlığı  |     20:43 Hikmət Hacıyev: Kəlbəcər yenidən qurulur - VİDEO  |     20:30 İran və Oman arasında razılaşma Körfəz ölkələrinin XİN rəhbərlərinin iştirakı ilə elan olunacaq  |     20:21 Quba-Xınalıq yolu çökdü - VİDEO  |     20:12 Müəllimlərin sertifikatlaşdırılması ilə bağlı məlumatlar şəxsi kabinetlərinə göndərilib  |    
Mojo.az Avto
Mojo.az Avto

Prezident “Dəmir yumruq” ifadəsinin necə yarandığını açıqlayıb

24.09.2021 12:51 2 067
Prezident “Dəmir yumruq” ifadəsinin necə yarandığını açıqlayıb
“Azərbaycan müdafiə naziri məruzə etdi ki, təmas xəttindəki mövqelərimiz və bir neçə yaşayış məntəqələrimiz Ermənistan tərəfindən artilleriya atəşinə məruz qalıb. Cavab atəşinin açılması ilə bağlı qərar verildi və biz bununla qaçılmaz olan müharibəyə girdik”.

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın “Natsionalnaya oborona” (Milli müdafiə) jurnalına verdiyi müsahibədə deyib.

Onun sözlərinə görə, 44 günlük müharibə bu məlumatla başladı:

“Hadisələr çox sürətlə inkişaf etməyə başladı. Hərbi fəaliyyətlərin birinci günündə Azərbaycan Ordusu Kəlbəcər rayonunda, Murovdağın Ağdərə istiqamətindəki vacib strateji yüksəklikləri, eləcə də Füzuli rayonun dörd, Cəbrayıl rayonunun iki kəndini azad etdi.

Biz həmçinin həmin gün düşmənin birinci müdafiə xəttini yarmağa nail olduq və bundan sonra 44 gün ərzində ancaq irəli getdik”.

Dövlət başçısı bildirib ki, müharibə vəziyyətində olan – bu münaqişə dondurulmuş olsa belə - ölkədə hərbi əməliyyatların aparılması planı, əlbəttə ki, çoxdan hazırlanırdı:

“Əlbəttə ki, Azərbaycanın yeni imkanları, yeni reallıqlar, o cümlədən texnoloji yeniliklər nəzərə alınaraq, həmin planda periodik olaraq dəyişikliklər edilirdi və hər dəfə həmin dəyişikliklər şəxsən mənim tərəfimdən təsdiq olunurdu. Bu, təbiidir.

Mən bilirəm ki, erməni tərəfinin müharibə başlanacağı təqdirdə öz hərəkət planları vardı. Demək olar ki, Ermənistan onun reallaşdırılmasına 2020-ci il sentyabrın 27-də başladı.

Beləliklə, müharibə zamanı hərəkətlərimizin əsası, əlbəttə ki, bu tarixdən xeyli əvvəl hazırlanmışdır, lakin hərbi əməliyyatlar boyunca dəyişikliklər etdik.

Bu, onunla əlaqəli idi ki, birincisi, illər ərzində hətta əhəmiyyətsiz informasiyanın sızıntısının qarşısını almaq belə mümkün deyildi. Biz belə qənaətə gəldik ki, düşmən bizim niyyətimizdən xəbərdardır. Hərbi əməliyyatlar zonası kifayət qədər dar idi və istənilən hərbi mütəxəssis əməliyyatların əsasən harada keçiriləcəyini müəyyən edə bilərdi. Buna görə biz demək olar ki, hər gün hərbi fəaliyyət planında dəyişikliklər edirdik”.

İlham Əliyev bildirib ki, hər gün o, Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin rəhbərliyi ilə iclaslar keçirirdi:

“Bu iclaslarda biz ötən günün nəticəsini hazırlayır, çatışmazlıqları göstərir, eləcə də növbəti gün üçün planı hazırlayır və təsdiqləyirdik. Buna görə də sutka boyu aktiv iş gedirdi və bir çox hallarda bizim fəaliyyətimiz, bizim əməliyyatlarımız düşmən üçün gözlənilməz olurdu.

Əks-hücum əməliyyatının adına gəlincə, əlbəttə ki, hərbi əməliyyatların əvvəlində onun adı yox idi. “Dəmir yumruq” ifadəsini mən bir neçə dəfə şəhər və kəndlərin işğaldan azad edilməsi ilə bağlı Azərbaycan xalqına müraciətimdə istifadə etmişəm. Mən bir neçə dəfə demişəm ki, əgər düşmən işğal olunmuş ərazilərimizdən öz istəyi ilə getməsə, bizim dəmir yumruğumuz onun başını əzəcək. Bu fikirlərim cəmiyyət tərəfindən müsbət qarşılandı və mən əməliyyatın “Dəmir yumruq” adlandırılması qərarına gəldim. Ancaq bu, birdən deyil, hərbi əməliyyatların gedişində baş verdi”.скачать dle 11.3
Mojo.az Banner