Mojo.az Banner
23:00 Ehtiyatlı olun! Ulduzlar bu bürclərə xəbərdarlıq edir  |     22:50 Ordumuzun giziri həlak oldu - FOTO  |     22:42 Bu universitet bağlanır? - Tələbələr narahatdır (VİDEO)  |     22:37 Anası tərəfindən zəncirləndiyi deyilən 17 yaşlı oğlan müəssisəyə yerləşdiriləcək  |     22:30 Ləğv olunan 19 bankda əmanətlərin ümumi məbləği açıqlandı  |     22:25 Yaylaq festivalında xəsarət alanların kimliyi məlum oldu (YENİLƏNİB)  |     22:16 Sumqayıtda qəzada ölən hakimin anası 1 milyon manat təzminat istəyib  |     22:11 Naxçıvanda 4 "Tiktoker" söyüşə görə saxlanıldı  |     22:02 Ağdamın iki kəndində güclü yanğın davam edir: Dörd rayondan qüvvələr cəlb olunub (Yenilənib)  |     21:39 Məhərrəmlik nə vaxt bitir?  |     21:32 Piyada qaydanı pozduqda sürücünün məsuliyyəti necə müəyyən edilir?  |     21:18 İspaniyada meşə yanğınlarına görə 70 mindən çox insan təxliyə edilib  |     20:51 Xətaidə evyaran üç nəfər SAXLANILDI  |     20:47 Paşinyanla Makron Ermənistan-Azərbaycan sülh prosesini müzakirə etdilər  |     20:42 NATO-da ŞOK HADİSƏ: Qərargahda çalışan casus saxlanıldı  |     20:25 Ləğv prosesində olan banklara görə ödənilən kompensasiyanın məbləği açıqlandı  |     20:19 Azərbaycanda ən çox bazar və yarmarkası olan bölgələr  |     20:11 Professor: Korvalolun istifadəsi həkim təyinatı ilə olmalıdır  |     20:06 Aşıq Əhlimanın səhhətində ciddi irəliləyiş yoxdur - Oğlu son vəziyyəti açıqladı  |     20:00 Bakıda iki küçənin təmirinə 23 milyon manata yaxın pul ayırılacaq  |    
Left Banner
Right Banner

İlham Əliyev “Dəmir yumruq” əməliyyatının ən vacib mərhələlərini açıqladı

24.09.2021 15:20 1 239
İlham Əliyev “Dəmir yumruq” əməliyyatının ən vacib mərhələlərini açıqladı
“Dəmir yumruq” əməliyyatının ən vacib mərhələlərindən biri, əlbəttə ki, ilk gün – 30 il ərzində yaradılmış və möhkəmləndirilmiş ilk müdafiə xəttinin yarılması oldu. İndi azad edilmiş əraziləri ziyarət edənlər bu sonsuz xəndəkləri, tank əleyhinə qurğuları, tikanlı məftilləri və yüz minlərlə piyada və tank əleyhinə minaları olan nəhəng mina sahələrini görürlər. İlk gündəcə düşmənin müdafiə xəttini yara bilməsəydik, sonradan bizim üçün daha çətin olacaqdı”.

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın “Nasionalnaya oborona” (“Milli müdafiə”) jurnalına verdiyi müsahibədə “Dəmir yumruq” əməliyyatının əsas mərhələləri barədə danışarkən deyib.

Ali Baş Komandan bildirib ki, beləliklə, həm hərbi əməliyyatların aparılması, həm də Azərbaycan Silahlı Qüvvələrinin mənəvi ruhu baxımından ilk uğurlar çox vacib rol oynadı:

“Fikrimcə, İkinci Qarabağ müharibəsi uğurla nəticələnmiş amillər baxımından çoxları üçün olduqca əlamətdardır.

Mən həmçinin, Hadrut əməliyyatının əhəmiyyətini də qeyd edərdim. Bizi orada gözləmirdilər və erməni tərəfi bu istiqamətdə hərəkət edəcəyimizi gözləmirdi, düşmən üçün bu, tamamilə gözlənilməz oldu. Hadrutu azad etməyimizdən bir neçə gün sonra da erməni tərəfi inadla israr edirdi ki, onlar Hadruta nəzarət edirlər. Hadrutda bütün hakim yüksəkliklərdə bizim döyüşçülərimiz olsa da, erməni rəhbərliyinin şəhərin alınıb-alınmamasını anlaması bir qədər diletant xarakter daşıdı. Hadrut ətrafındakı bütün hakim yüksəkliklərdə nəzarəti təmin etdikdən sonra mahiyyətcə bu şəhərin taleyi həll edilmişdi. Bizim oraya yenə də minimal itkilərlə girməyimiz sadəcə zaman məsələsi idi.

Yalnız televiziya efirində şəhər administrasiyasının binası üzərində bayraq qaldıran bir azərbaycanlı hərbçinin mənə Hadrutun alınması barədə məruzə etməsinin göstərilməsindən sonra erməni tərəfinin nağıllar qurmağa davam etmək üçün heç bir arqumenti qalmadı.

Hadrutdan əvvəl oktyabrın əvvəlində Cəbrayıl azad edilmişdi. Bu, simvolik baxımdan da vacib idi. Çünki Cəbrayıl ilk şəhər idi – buna qədər biz kənd və yaşayış məntəqələrini azad etmişdik. Əlbəttə ki, mühüm mərhələlərdən biri də 17 oktyabr 2020-ci ildə Füzuli şəhərinin azad edilməsi oldu, çünki Füzuli böyük bir şəhərdir, Qarabağ regionunda əhalisinə görə Ağdamdan sonra ikinci yerdədir.

Mən həmçinin Soltanlı və Əmirvarlı yaşayış məntəqələrinin alınmasını da qeyd edərdim. Nəyə görə? Orada çox güclü bir möhkəmləndirilmiş müdafiə rayonu vardı. Bir neçə gün ərzində düşmənin müqavimətini qırmaq üçün çox fəal hərbi əməliyyatlar aparmalı olduq. Bəzi istiqamətlərdə düşmən silahlarını yerə ataraq döyüş meydanından qaçdı – onlar özləri 10 min fərarinin olduğunu etiraf etdilər - , bəzi yaşayış məntəqələrində isə sona qədər dayandılar.

Soltanlı və Əmirvarlının azad edilməsi - Zəngilana gedən yol idi - hadisələrin sonrakı gedişi üçün böyük əhəmiyyət kəsb edirdi. Zəngilan şəhərinin alınmasına gəlincə, əslində onlar artıq oradan qaçırdılar. Çünki müqavimət göstərməyə güc yox idi. Üstəlik, hətta ilk dövrdəki hərbi əməliyyatlar zamanı da erməni tərəfi əks hücuma keçməyə cəhd etməklə səhvlərə yol verdi, bu da hərbi baxımdan tamamilə axmaqlıq idi. Müdafiələrini gücləndirmək əvəzinə bütün qüvvələrini əks hücuma yönəltdilər və tamamilə məhv edildilər.

Əlbəttə ki, sonrakı əməliyyatlar - Qubadlının azad edilməsi və Laçın rayonunun cənubuna çıxış, Laçın rayonunun kəndlərinin – Güləbird və digərlərinin azad edilməsi bizə Laçın dəhlizinə nəzarət etməyə imkan yaratdı. Əslində o, artıq bizim nəzarətimizdə idi.

Qələbəmizin tacı – Şuşa əməliyyatı idi. İndi Şuşaya gedən hər kəs bizim oraya hara ilə getdiyimizi görə bilərlər. Bu fiziki və mənəvi səylərin inanılmaz səfərbərliyi idi. Uzun, uzun və uzun günlər meşələrdə, yol olmayan ərazilərdə, yüngül silahlarla, yorulmadan irəli getmək və sonra Şuşanı azad etmək - bu, misilsiz bir cəsarət, əsl qəhrəmanlıqdır!

Əlbəttə ki, Şuşanın alınması düşmənin belini qırdı, bundan sonra düşmən praktiki olaraq təslim oldu”.скачать dle 11.3
Mojo.az Banner