Mojo.az Banner
21:51 Bakıda torpağın qiyməti kəskin artdı - Ən çox bu rayonda bahalaşıb  |     21:50 "Azəriqaz"ın adından 10 min manatlıq dələduzluq  |     21:46 Azərbaycanda uşaqların gözü qarşısında qadını bağçanın həyətində vəhşicəsinə bıçaqladılar - Hadisə baş verən ərazidən görüntülər  |     21:44 Məşhur türk aktrisası vəfat etdi  |     21:37 Avtomobil sürmək üçün etibarnamə tələbi niyə təkmilləşdirilmir? (VİDEO)  |     21:34 Məşhur biznesmeni ailəsi ilə hədələyiblər - 20 milyonluq şantaj işində yeni adlar  |     21:19 Tünd çörək həmişə çovdar çörəyi deyil: Seçim zamanı səhvə yol verməyin  |     21:18 ANS-in keçmiş işçisi bu televiziyaya direktor təyin olundu  |     21:08 "Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi  |     21:07 Bakıda məktəbli sinif yoldaşını qətlə yetirdi  |     20:50 Erməni konyakı yenə sərhəddə ilişib qaldı  |     20:45 Bakıda avtobus aşdı - VİDEO  |     20:28 Siyəzəndə narkotiklərlə bağlı 14 nəfər tutuldu  |     20:23 Azərbaycanda bu tələbələr pulsuz təhsil alacaqlar  |     20:15 Narkotik tərkibli bitkilər yetişdirən şəxs həbs edildi  |     20:09 144,9 ha ərazi minalardan təmizlənib  |     20:01 Azərbaycana 6 kq-dan artıq narkotik vasitə keçirmək istədilər  |     19:56 Rusiyada təyyarə qəzası - 8 zabit həlak oldu  |     19:48 Azad edilmiş ərazilərdə 230 hektar istixana yaradılacaq  |     19:43 Qanunsuz plastik əməliyyat edən iki həkim cəzalandırıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Bazar gününə olan hava proqnozu AÇIQLANDI

18.09.2021 17:01 1 716
Bazar gününə olan hava proqnozu AÇIQLANDI
Azərbaycanda sentyabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.

Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21°, gündüz 25-28°, Bakıda gecə 18-20°, gündüz 25-27° isti olacaq.

Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 %, gündüz 40-45 % olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər dağlarda duman. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 16-21°, gündüz 29-34°, dağlarda gecə 5-10°, gündüz 13-18° isti olacaq.скачать dle 11.3
Mojo.az Banner