Mojo.az Banner
11:55 Həccə gedəcək zəvvarların nəzərinə: Yeni tələblər olacaq - Video  |     11:53 Fransada məktəblilərin etirazları: 190-dan çox şagird yaralanıb  |     11:48 Tələbənin ölümünə səbəb olan sürücüyə cəza verildi - Təfərrüat  |     11:31 Azərbaycanda polkovnik həbs edildi  |     23:01 Şamaxıda gecəyarısı vətəndaşın obyektini sökən şirkət kimindir? (VİDEO)  |     22:57 Zirzəmidə yıxılıb çarəsiz qalan şəxs xilas olundu (VİDEO)  |     22:51 Azərbaycanda uzunömürlülərin sayı - MARAQLI STATİSTİKA  |     22:45 Ceyhun Bayramovla Marko Rubio arasında telefon danışığı aparıldı  |     22:40 Türkiyədə iki futbol hakimi həbs olundu  |     22:31 Ucarda şagirdin məktəbdən kənarlaşdırılması narazılıq yaradıb - VİDEO  |     22:26 Xalq artisti xəstəxanadan evə buraxıldı  |     22:20 Saturn Yerə ən yaxın mövqeyindədir: Bu gecə onu necə görmək olar?  |     22:12 Qeysəriyyə əməliyyatı olunan 31 yaşlı qadın öldü  |     22:08 Zəngəzurda saxlanılan azərbaycanlı hərbçi İrəvanda xəstəxanaya yerləşdirildi  |     21:51 Bakıda torpağın qiyməti kəskin artdı - Ən çox bu rayonda bahalaşıb  |     21:50 "Azəriqaz"ın adından 10 min manatlıq dələduzluq  |     21:46 Azərbaycanda uşaqların gözü qarşısında qadını bağçanın həyətində vəhşicəsinə bıçaqladılar - Hadisə baş verən ərazidən görüntülər  |     21:44 Məşhur türk aktrisası vəfat etdi  |     21:37 Avtomobil sürmək üçün etibarnamə tələbi niyə təkmilləşdirilmir? (VİDEO)  |     21:34 Məşhur biznesmeni ailəsi ilə hədələyiblər - 20 milyonluq şantaj işində yeni adlar  |    
Mojo.az Avto
Mojo.az Avto

AMEA yeni zəli növləri yetişdirib

16.09.2021 21:28 1 335
AMEA yeni zəli növləri yetişdirib
AMEA Zoologiya İnstitutu tibb zəlisinin steril formalarının alınması ilə bağlı uğurlu tədqiqatlar aparıb.

Akademiyadan "Report"a verilən məlumata görə, Qafqazın şirinsu hövzələrində 23 növ, Azərbaycanda isə 15 növ zəlinin yayıldığı məlumdur. Azərbaycanda ilk dəfə olaraq AMEA Zoologiya İnstitutu tərəfindən zəlilərin H.(Dina) stschegolewi, D. cf.farsa növləri qeydə alınıb.

Bildirilib ki, Azərbaycan hirudofaunası üçün ən əhəmiyyətli növ Şərq tibb zəlisi (Hirudo orientalis) hesab olunur.

"Azərbaycanda son illərə kimi hirudofauna ilə bağlı ətraflı tədqiqat işləri aparılmayıb. 2018-2020-ci illər ərzində Azərbaycanın 4 zonasında - Quba-Xaçmaz, Masallı-Lənkəran-Astara, Şəki-Zaqatala və Gəncə-Qazax bölgəsində 23 rayonu, 82 su hövzəsini əhatə edən tədqiqat işləri aparılıb və ölkəmizdə tibb zəlisi rast gəlinən ərazilər müəyyənləşdirilib. Tibb zəlisi əsasən cənub zonasında üstünlük təşkil edir”, - məlumatda vurğulanıb.

Qeyd olunub ki, AMEA Zoologiya İnstitutunun Tətbiqi Zoologiya Mərkəzində və Mingəçevir elmi-təcrübə stansiyasında tibb zəlisinin steril formalarının alınması ilə bağlı uğurlu tədqiqat işi aparılıb. Baramalardan çıxmış bala fərdlər təbiətə buraxılıb. Müxtəlif populyasiyalarda Şərq tibb zəlisinin DNT polimorfizmini müəyyənləşdirmək üçün AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda tədqiqat işləri aparılmaqdadır.

“Apardığımız tədqiqat işinin əsas məqsədi Azərbaycan hirudofaunasını ətraflı öyrənmək, steril növlər əldə edərək hirudoterapiyada istifadə etmək və Şərq tibb zəlisinin DNT polimorfizmini müəyyənləşdirməkdən ibarətdir”, - institutdan bildirilib.

Bundan başqa, hirudoterapiya ilə bağlı tədqiqat işləri müqavilə əsasında özəl klinikalardan birində aparılıb və hazırda hirudoterapiyanın əhəmiyyəti ilə bağlı metodik tövsiyə hazırlanmaqdadır.скачать dle 11.3
Mojo.az Banner