Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

"Qarabağ"ın rəqibi Bakıya ciddi itkilərlə gəlir

14.09.2021 18:10 1 209
UEFA Konfrans Liqasının qrup mərhələsinin ilk turunda "Qarabağ"ın qonağı olacaq İsveçrə "Bazel"i Bakıya ciddi itkilərlə gələcək.

Komandanın baş məşqçisi Patrik Rahmen Bakı Olimpiya Stadionunda keçiriləcək oyunda 7 futbolçusunun xidmətindən yararlana bilməyəcək.

Bunlar qapıçı Feliks Gebhardt, müdafiəçilər Andrea Padula, Eray Cömert, Nasser Jiqa, yarımmüdafiəçilər Jordi Kintilya, Edon Jeqrova və hücumçu Sebastyano Espozitodur. Onlar zədə səbəbindən Ağdam təmsilçisinə qarşı oynamayacaqlar.

Qeyd edək ki, sentyabrın 16-də keçiriləcək "Qarabağ" - "Bazel" matçı saat 20:45-də başlayacaq.

Son xəbərlər