Mojo.az Banner
22:55 Bu müəlimlərin əməkhaqqı artırılacaq - MÜTDA  |     22:32 78 yaşlı baba nəvəsinin sevgilisini çarpayının altında tutdu, 30 bıçaq zərbəsi vurdu  |     22:20 Bu ölkədə yemək də, qalmaq da pulsuzdur  |     22:13 Bakıda kondisionerə görə artıq pul istəyən taksi sürücüsü HƏBS OLUNDU  |     22:06 Sumqayıtda sübh tezdən oteldə insident törədən qız HƏBS OLUNDU  |     22:01 Heç vaxt müflis olmayacaq BÜRCLƏR  |     21:54 Süni intellekt tanrıya və ruhlara“inanmağa” başladı  |     21:48 Şəmkirdə qadın qaşıqla keçmiş ərinin başını əzdi  |     21:40 Yarasalar ilk dəfə harada peyda olub? - TƏDQİQAT  |     21:33 Bakıda aliment borclarını ödəməyən ata həbs olundu  |     21:27 Rusiyaya gedən şaftalı yükündən görün nələr çıxdı? - VİDEO  |     21:13 Uranın peykinin altında 160 kilometr dərinliyində okean olmuş ola bilər  |     21:08 Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi  |     21:03 Taylandda güclü yağışlar daşqınlara səbəb oldu  |     20:56 Mənzil almazdan əvvəl bunu bilməlisiniz – Hansı evlər dəyər itirə BİLƏR?  |     20:51 Emin Ağalarov: “Sea Breeze" beynəlxalq investisiya xəritəsinə daxil olub”  |     20:43 Miri Yusif “Tanrı”nı təqdim etdi - VİDEO  |     20:38 İranda avtobus qəzası: 11 ölü, 17 yaralı var  |     20:29 Azərbaycanda bu məktəblər birləşdirilə bilər - Yeni qərarın detalları  |     20:24 Samir Bağırov səhnəyə qayıtdı - YENİ KLİPİ (VİDEO)  |    
Mojo.az Avto
Mojo.az Avto

"Bazel"in baş məşqçisi: "Qarabağ"la eyni səviyyədə çıxış edirik"

15.09.2021 20:51 1 245
"Bu oyuna yaxşı hazırlıq keçmişik. Rəqib haqqında məlumat toplamışıq. Mövsümə yaxşı başlamışdıq. Məqsədimizə nail olaraq Konfrans Liqasının qrup mərhələsinə yüksəldik. Çempionatda sonuncu dəfə "Luqano" ilə matçda yaxşı oynadıq, amma qələbə qazana bilmədik. Bu səbəbdən psixoloji təzyiq olacağını düşünmürəm".

"Report"un məlumatına görə, bu fikirləri İsveçrənin "Bazel" klubunun baş məşqçisi Patrik Rahmen Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının qrup mərhələsinin l tur oyunundan əvvəl mətbuat konfransında deyib.

52 yaşlı mütəxəssis Ağdam təmsilçisini özləri ilə eyni səviyyədə gördüklərini bildirib: "Onlarla eyni səviyyədə çıxış edirik. Biz də oyun ərzində topa sahib olmaq niyyətindəyik. Sabah eyni səviyyəli komandalar üz-üzə gələcək. Bizi maraqlı oyun gözləyir. Qrupda yalnız Qazaxıstan "Kayrat"ı haqqında elə də çox məlumata sahib deyiləm. Çətin qrupa düşdüyümüzü deyə bilərəm. Hamısı güclü rəqiblərdir. Kiprin "Omoniya" klubunu da unutmaq olmaz. Bizi qarşıda maraqlı görüşlər gözləyir".

Rahmen sabahkı matçda yaxşı oyun nümayiş etdirib 3 xal qazanmaq istədiklərini diqqətə çatdırıb: "Bizi çətin və güclü rəqiblə matç gözləyir. Məqsədimiz hər görüşdə qələbə qazanmaqdır. Avropa çempionatı zamanı İsveçrə millisinin oyunlarını baxmışam. Bakı Olimpiya Stadionu çox yaxşı arenadır".

O, "Qarabağ"ın bir neçə oyununu izlədiyini vurğulayıb: "Cinahda aktiv olan futbolçuları bizə çətinlik yarada bilər. Bizi gərgin və maraqlı qarşılaşma gözləyir. Sabahkı oyun üçün səbirsizlənirik".

Qeyd edək ki, sentyabrın 16-da Bakı Olimpiya Stadionunda oynanılacaq "Qarabağ" - "Bazel" qarşılaşması saat 20:45-də başlayacaq.скачать dle 11.3
Mojo.az Banner