Mojo.az Banner
23:01 Əsgərlikdən yeni qayıdan gəncin qanını tökdülər - Video  |     22:55 Qatarla Azərbaycana gələn və gedən əcnəbilərin sayı açıqlandı  |     22:47 ChatGPT-nin yazdığı mətnlərə görünməz işarələr əlavə edilir  |     22:39 Şəkər xəstəliyi ən çox bu yaşda və bu səbəblə yaranır - XƏBƏRDARLIQ  |     22:34 Qaradağda saxlanılan daha bir məmura HÖKM OXUNDU  |     22:26 "Formula 1" yaxından izləmək üçün hasardan tullandı - Həbs edildi  |     22:21 Ermənistanda saxlanılan azərbaycanlı hərbçi ilə bağlı Paşinyandan açıqlama  |     22:13 Naxçıvanda bu qurumun səlahiyyətləri ləğv edildi  |     22:08 Hər 5 aptekdən birində nöqsanlar tapıldı  |     22:02 Bu ölkə "Avroviziya"dan imtina etdi  |     21:54 Uşağı telefona yaxından baxan, gözlərini qıyan, başı ağrıyan valideynlərin nəzərinə  |     21:46 Qazaxda toyda başlayan mübahisə bıçaqlanma ilə nəticələndi - Video  |     21:41 Azərbaycanda un məhsulları bahalaşacaq? - Video  |     21:33 Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama  |     21:28 Azərbaycanın millisindən böyükhesablı qələbə  |     21:20 Bu məktəbin direktoru vəfat etdi  |     21:15 Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi - Foto  |     21:06 Kənd yumurtası bahalaşdı  |     21:00 “İlliyinə 2200 ödədiyim universitetin şəraiti...” - VİDEO  |     20:53 Aygün Kazımova evindən video paylaşdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Qurban Qurbanov: Çalışacağıq ki, ən yaxşı oyunlarımızdan birini keçirək

23.10.2019 22:56 2 102
Qurban Qurbanov: Çalışacağıq ki, ən yaxşı oyunlarımızdan birini keçirək
Bizim üçün hər oyun vacibdir. Onlardan birini də sabah keçirəcəyik. Hamımız qələbə gözləyirik. Həmişə çalışırıq ki, intizamlı oynayaq. Pis hazırlaşmamışıq. Çalışacağıq ki, ən yaxşı oyunlarımızdan birini keçirək.

Median.Az
xəbər verir ki, bu fikri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oktyabrın 24-də UEFA Avropa Liqasının qrup mərhələsinin üçüncü turunda Kiprin APOEL komandasına qarşı Bakıda keçirəcəkləri oyundan əvvəl təşkil olunmuş mətbuat konfransında söyləyib.

“Mahir Emreli və Xayme Romero komanda ilə məşqlərə başlayıb. Onların “18-lik”də olmaq ehtimalı çoxdur. Sabahkı məşqdən sonra qərar verəcəyik. Araz Abdullayev də böyük ehtimalla oyunun heyətində olacaq”, - deyə Q.Qurbanov qeyd edib.

“Qarabağ”ın baş məşqçisi sabahkı oyun haqqında komandaların şansları məsələsinə də münasibət bildirib: “İstəməzdim ki, komandaların bu oyunda şansları barəsində danışım. Faizlə demək istəməzdim. Qrupdakı digər nəticələri gördünüz. Bu oyuna görə fikir yürütmək düz deyil. Son matça qədər mübarizə gedəcək. Bütün komandaların qrupdan çıxmaq şansı var. Həm “Qarabağ”, həm də APOEL üçün çətin olacaq. İndi komandalar bir-birilərini daha yaxşı tanıyırlar”.скачать dle 11.3
Mojo.az Banner