Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü | 22:41 Turşu xiyarların xarab olmaması üçün nə etməli? | 22:36 “Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan | 22:30 Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ | 22:22 Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi | 22:17 Süni intellektdən tibbi məsləhət alanlara XƏBƏRDARLIQ | 22:10 Məşhur sovet aktrisası vəfat etdi | 22:02 Türkiyədə qeyri-adi balıq tutulub - FOTO | 21:57 Azərbaycan bu meyvənin satışından 33 milyon dollar qazanıb | 21:50 Böyük pul qazanmaq istedadı olan BÜRCLƏR | 21:45 Paket çay içənlərə xəbərdarlıq | 21:36 Səudiyyə Ərəbistanına raket və dron hücumu: Husilər strateji obyektləri hədəf aldılar | 21:28 General-mayor olan hərbçilər kimlərdir? - Dosye | 21:20 Sümükləri möhkəmləndirmək üçün təkcə kalsium kifayət deyil - 7 məhsul | 21:17 "Arsenal" "Hall Siti"ni tək qolla üstələdi | 21:15 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı | 21:12 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video | 20:05 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb |
Mojo.az Avto
Mojo.az Avto

Qurban Qurbanov: “Bayer”lə görüşlər bizim üçün böyük təcrübədir”

23.02.2024 21:40 2 085
Qurban Qurbanov: “Bayer”lə görüşlər bizim üçün böyük təcrübədir”
“Bayer” Avropanın ən yaxşı, sabit çıxış edən komandalarından biridir.

Median.Az xəbər verir ki, bu barədə “Qarabağ” klubnun baş məşqçisi Qurban Qurbanov UEFA Avropa liqasının 1/8 final mərhələsində “Bayer”lə keçiriləcək oyun barədə fikirlərində bildirib.

“Avropa Liqasının 1/8 final mərhələsinin püşkü maraqlı nəticə ilə yekunlaşdı. “Qarabağ”a hamının Bundesliqa və avrokuboklardan yaxşı tanıdığı “Bayer” rəqib oldu. Azarkeşlərimiz bu komandanı qrup mərhələsində canlı görmüşdülər. Yenə bu komanda ilə rəqib olduq. “Bayer” Avropanın ən yaxşı, sabit çıxış edən komandalarından biridir.

Mən bu klubun düşərgəsində oldum, iş prinsipləri ilə maraqlandım. Çox ciddi komanda yaradıblar. İstəkli, uduzmağı xoşlamayan baş məşqçiləri var. Məncə, maraqlı oyun olacaq. Baxmayaraq ki, güclü rəqibdir. Leverkuzendə Xabi Alonso ilə diskussiyamız, maraqlı fikirlərimiz oldu. “Bayer”lə görüşlər bizim üçün böyük təcrübədir. Meydana azarkeşlərimiz üçün yaxşı mübarizə aparacaq komanda çıxarmağa çalışacağıq ki, baxımlı futbol oynayaq və yaxşı nəticə əldə edək. Belə böyük komandaların Bakıya gəlməsi Azərbaycanda futbolun sevilməsi üçün səbəb, hamı üçün böyük təcrübədir”, - deyə Qurbanov bildirib.//apa.az

Son xəbərlər