Mojo.az Banner
23:01 Şamaxıda gecəyarısı vətəndaşın obyektini sökən şirkət kimindir? (VİDEO)  |     22:57 Zirzəmidə yıxılıb çarəsiz qalan şəxs xilas olundu (VİDEO)  |     22:51 Azərbaycanda uzunömürlülərin sayı - MARAQLI STATİSTİKA  |     22:45 Ceyhun Bayramovla Marko Rubio arasında telefon danışığı aparıldı  |     22:40 Türkiyədə iki futbol hakimi həbs olundu  |     22:31 Ucarda şagirdin məktəbdən kənarlaşdırılması narazılıq yaradıb - VİDEO  |     22:26 Xalq artisti xəstəxanadan evə buraxıldı  |     22:20 Saturn Yerə ən yaxın mövqeyindədir: Bu gecə onu necə görmək olar?  |     22:12 Qeysəriyyə əməliyyatı olunan 31 yaşlı qadın öldü  |     22:08 Zəngəzurda saxlanılan azərbaycanlı hərbçi İrəvanda xəstəxanaya yerləşdirildi  |     21:51 Bakıda torpağın qiyməti kəskin artdı - Ən çox bu rayonda bahalaşıb  |     21:50 "Azəriqaz"ın adından 10 min manatlıq dələduzluq  |     21:46 Azərbaycanda uşaqların gözü qarşısında qadını bağçanın həyətində vəhşicəsinə bıçaqladılar - Hadisə baş verən ərazidən görüntülər  |     21:44 Məşhur türk aktrisası vəfat etdi  |     21:37 Avtomobil sürmək üçün etibarnamə tələbi niyə təkmilləşdirilmir? (VİDEO)  |     21:34 Məşhur biznesmeni ailəsi ilə hədələyiblər - 20 milyonluq şantaj işində yeni adlar  |     21:19 Tünd çörək həmişə çovdar çörəyi deyil: Seçim zamanı səhvə yol verməyin  |     21:18 ANS-in keçmiş işçisi bu televiziyaya direktor təyin olundu  |     21:08 "Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi  |     21:07 Bakıda məktəbli sinif yoldaşını qətlə yetirdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Açıq havada maska taxmamağa görə yazılan cərimələr necə ləğv edilə bilər?

13.09.2021 23:16 1 785
Açıq havada maska taxmamağa görə yazılan cərimələr necə ləğv edilə bilər?
“Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi normativ hüquqi aktlarla bağlıdır. Həmin maddənin 7-ci bəndində bildirilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir”.

Median.Az
"Ölkə.az"a istinadən xəbər verir ki, bu sözləri açıqlamasında hüquqşünas, Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev deyib. O bildirib ki, vətəndaşlar açıq havada maska taxmamağa görə yazılmış protokollarla bağlı iddia qaldıra bilər:

“Əgər hər hansı bir dövrdə inzibati xəta və yaxud hər hansı bir hüquqazidd əməl hesab olunursa və sonradan həmin xəta ləğv olunursa, bunun hüquqazidd əməl olması aradan qaldırılırsa, bu halda əvvəlcədən verilmiş cəzalar icra olunmayıbsa, vətəndaşın vəziyyətini yaxşılaşdıran hal kimi ona tətbiq oluna bilər. Bu da İnzibati Xətalar Məcəlləsində 11-ci maddə ilə tənzimlənir. Həmin maddə Azərbaycan Respublikasının İnzibati Xətalar qanunvericiliyinin qüvvəsini nəzərdə tutur. Bu maddəyə görə, Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan qanunvericiliyə uyğun formada həyata keçirilir. Yəni inzibati icra başlayıbsa, həmin vaxtı inzibati xəta ilə bağlı məsuliyyət qüvvədə olmalıdır. İnzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran normativ hüquqi aktların geriyə qüvvəsi var. Həmin aktlar onların qüvvəyə mindiyi vaxtadək törədilmiş, həmçinin inzibati tənbeh tətbiq etmə haqqında qərarı tam icra olunmamış xətalara da şamil edilir.

Buradan da belə nəticə çıxır ki, söhbət əgər açıq havada maska istifadə etməməyə görə yazılmış cərimələrdən gedirsə, hazırda açıq havada maska istifadə etməməyə görə cərimə nəzərdə tutulmayıbsa, bu halda həmin inzibati xəta ilə bağlı protokol tərtib olunmuş vətəndaşlar cərimənin ləğv olunması ilə bağlı məhkəmədə iddia qaldıra bilərlər”.скачать dle 11.3
Mojo.az Banner