Mojo.az Banner
23:01 Şamaxıda gecəyarısı vətəndaşın obyektini sökən şirkət kimindir? (VİDEO)  |     22:57 Zirzəmidə yıxılıb çarəsiz qalan şəxs xilas olundu (VİDEO)  |     22:51 Azərbaycanda uzunömürlülərin sayı - MARAQLI STATİSTİKA  |     22:45 Ceyhun Bayramovla Marko Rubio arasında telefon danışığı aparıldı  |     22:40 Türkiyədə iki futbol hakimi həbs olundu  |     22:31 Ucarda şagirdin məktəbdən kənarlaşdırılması narazılıq yaradıb - VİDEO  |     22:26 Xalq artisti xəstəxanadan evə buraxıldı  |     22:20 Saturn Yerə ən yaxın mövqeyindədir: Bu gecə onu necə görmək olar?  |     22:12 Qeysəriyyə əməliyyatı olunan 31 yaşlı qadın öldü  |     22:08 Zəngəzurda saxlanılan azərbaycanlı hərbçi İrəvanda xəstəxanaya yerləşdirildi  |     21:51 Bakıda torpağın qiyməti kəskin artdı - Ən çox bu rayonda bahalaşıb  |     21:50 "Azəriqaz"ın adından 10 min manatlıq dələduzluq  |     21:46 Azərbaycanda uşaqların gözü qarşısında qadını bağçanın həyətində vəhşicəsinə bıçaqladılar - Hadisə baş verən ərazidən görüntülər  |     21:44 Məşhur türk aktrisası vəfat etdi  |     21:37 Avtomobil sürmək üçün etibarnamə tələbi niyə təkmilləşdirilmir? (VİDEO)  |     21:34 Məşhur biznesmeni ailəsi ilə hədələyiblər - 20 milyonluq şantaj işində yeni adlar  |     21:19 Tünd çörək həmişə çovdar çörəyi deyil: Seçim zamanı səhvə yol verməyin  |     21:18 ANS-in keçmiş işçisi bu televiziyaya direktor təyin olundu  |     21:08 "Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi  |     21:07 Bakıda məktəbli sinif yoldaşını qətlə yetirdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Rusiya rəsmisi: "Xəzər ətrafında vahid təhlükəsizlik sistemi qurulmalıdır"

10.09.2021 19:16 1 269
Rusiya rəsmisi:
Xəzərətrafı regionun vahid iqtisadi, təhsil-humanitar, informasiya məkanı kimi inkişafı üçün müvafiq strategiya hazırlanmalıdır.

Bunu Rusiya Prezidentinin Cənub federal dairəsindəki səlahiyyətli nümayəndəsi Vladimir Ustinov Həştərxan şəhərində keçirilən VI Xəzər Media Forumunda bildirib.

“20 illik razılaşdırmalardan sonra üç il bundan əvvəl Aktau şəhərində Xəzərin hüquqi statusuna dair konvensiya imzalandı. Bu sənəd Xəzər dənizinin gələcəyi üçün sahil ölkələrinin müstəsna məsuliyyət daşıdığını təsdiqləyir. Xəzərətrafı ölkələr arasında iqtisadi, hərbi, ekoloji sahələrdəki əməkdaşlığın şərtləri təsbit olundu. Əməkdaşlığın perspektivli sahələrindən biri də turizmdir”, – deyən Rusiya rəsmisi qeyd edib ki, Xəzər sahilindəki istirahət mərkəzləri hər il bir milyondan artıq turist qəbul etmək iqtidarındadır.

Rusiya rəsmisinin fikrincə, Xəzərətrafı ölkələr regionda hər kəsin mənafeyini nəzərə alan vahid təhlükəsizlik sistemi qurmalıdır: “Bu ölkələrin regional təhlükəsizlik üçün nə qədər məsuliyyət olduğunu gözəl dərk edirik. Belə ki, qonşuluqda Yaxın Şərq və Əfqanıstan kimi münaqişə ocaqları yerləşir. Odur ki, xalqlarımızın təıhlükəsizliyi naminə yaxından əməkdaşlıq etməliyik”.

Qeyd edək ki, VI Xəzər Media Forumunda Azərbaycan, İran, Qazaxıstan, Rusiya Federasiyası, Türkmənistan, habelə Özbəkistandan 300 nəfərdən artıq media nümayəndəsi, politoloq, ekspert iştirak edib. Bu dəfəki forumun gündəliyində media məkanında milli-mədəni əlaqələr, ekoloji və etnomədəni turizm məsələləri olub.скачать dle 11.3
Mojo.az Banner