Mojo.az Banner
16:05 Şimali Koreya liderinin qızının hərbi sahədə artan rolu: Yeni qadın varis  |     16:04 Zaqatalada sel təhlükəsinə qarşı tədbirlər görülür: Bəzi kəndlərə texnikalar cəlb olundu  |     16:03 İrandakı müharibə Yaxın Şərqdə rus şirkətlərinə təsir edir  |     16:02 Azərbaycanlı abituriyent Selcan Süleymanlıdan QÜRURVERİCİ UĞUR  |     15:57 Bakıda bəzi marşrut avtobuslarının hərəkət sxemi dəyişdirildi  |     15:23 Bu yolda sürət həddi bərpa edildi  |     15:20 Hava şəraiti ilə bağlı bəzi məktəblərdə tədrisdə fasilələr yaranıb  |     15:10 FHN rəsmisi: "Sitalçayda 6 evdən 13 nəfər təxliyə edilib"  |     14:23 Azad edilmiş ərazilərdə daha 117 mina aşkarlanıb  |     14:19 Baş nazir: "Bu gün Gürcüstanla Azərbaycan arasında strateji tərəfdaşlıq mövcuddur"  |     14:11 Kəmaləddin Heydərov Bibiheybət yolunda yaranmış sürüşmə təhlükəsi ilə əlaqədar ərazidə olub - Video  |     14:08 Qida borusunda yemək qalan qadın öldü  |     13:17 Bibiheybət yolunda TƏHLÜKƏLİ VƏZİYYƏT – Hərəkət qismən məhdudlaşdırıldı  |     13:14 Sumqayıtda dəm qazından zəhərlənən uşaqlardan daha ikisinin vəziyyəti ağırlaşdı  |     13:11 Buraxılış imtahanı suallarının DÜZGÜN CAVABLARI açıqlandı  |     13:08 Azərbaycanda 20 mindən çox ailəyə birdəfəlik MÜAVİNƏT VERİLİB  |     13:06 Kəmaləddin Heydərov Keşlədə suyun təsirinə məruz qalmış əraziyə gedib - VİDEO  |     13:05 Ağsuda məktəbli qardaşlara xəsarət yetirildi - Saxlanılan var  |     13:03 Doqquzuncu sinif şagirdlərinin nəzərinə - Qeydiyyat başlanır  |     12:59 Vətəndaşların NƏZƏRİNƏ: Qanunvericiliyə maaşlarla bağlı mühüm dəyişiklik gözlənilir  |    
Left Banner
Right Banner

Vergi Xidməti və Gömrük Komitəsi əməkdaşlarına müqavimət göstərilib, üzərilərinə maşın sürülüb - RƏSMİ

08.09.2021 19:46 966
Vergi Xidməti və Gömrük Komitəsi əməkdaşlarına müqavimət göstərilib, üzərilərinə maşın sürülüb - RƏSMİ
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Dövlət Gömrük Komisətisinin əməkdaşları müqavimətlə rastlaşıb.

Hər iki qurumun mətbuat xidmətlərindən verilən məlumata görə, üçüncü şəxslər üçün mallar idxal edən “Fabrolik Tikinti” MMC-də nəzarət tədbirləri keçirilib. Lakin birgə nəzarət tədbirlərinin davam etməsinə baxmayaraq, sentyabrın 4-də həmin müəssisəyə aidiyyəti (qanuni təmsilçi və ya etibarnamə üzrə nümayəndə) olmayan Bəhlulov Osman İlqar oğlu Bakı Baş Gömrük İdarəsinin “İpəkyolu” gömrük postunda malların gömrük ərazisindən çıxarılmasına cəhd edib. Bu zaman O.Bəhlulov gömrük və vergi orqanı əməkdaşlarının birgə nəzarət tədbirlərinin həyata keçirilməsinə mane olub, vergi və gömrük orqanının vəzifəli şəxslərini təhqir edib, nəqliyyat vasitəsini vergi və gömrük əməkdaşlarının üzərinə sürərək gömrük postunun qarşısını bağlayıb və digər nəqliyyat vasitələrinin çıxışına maneə yaradıb.

O.Bəhlulovun qanunsuz hərəkətləri hüquq-mühafizə orqanlarının iştirakı ilə rəsmiləşdirilərək Səbail rayon Məhkəməsinə göndərilib və sentyabrın 6-da məhkəmənin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsinə əsasən, barəsində 10 gün müddətinə inzibati həbs qərarı verilib.

Qeyd edək ki, O.Bəhlulov bundan əvvəl də çoxsayda müəssisənin adına rəsmiləşdirilmiş üçüncü şəxslərə məxsus malların heç bir təmsilçilik hüququ olmadan gömrük ərazisindən çıxarılmasına cəhdlər edib.

Məlumat üçün bildirilməlidir ki, “Fabrolik Tikinti” MMC-də keçirilmiş operativ vergi nəzarəti zamanı müəssisənin rəhbəri dəvət edilib, araşdırma zamanı MMC-yə məxsus təsərrüfat subyektinin formal olaraq qeydiyyata qoyulduğu, riskli (əmtəəsiz) əməliyyatlar aparıldığı müəyyən edilib.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Dövlət Gömrük Komitəsi bildirir ki, mövcud qanunvericiliyə əsasən, idxal olunan malların üçüncü şəxslərə sənədsiz təhvil verilməsinə, saxlanılacağı təsərrüfat subyektlərinin düzgün göstərilməməsinə yol verilmir və bu kimi hallar qanunvericiliyin tələblərinin pozulmasına gətirir. “Kölgə iqtisadiyyatı”nın artmasına şərait yaradan belə halların qarşısının alınması istiqamətində aidiyyəti orqanların birgə fəaliyyəti bundan sonra da davam etdiriləcək.скачать dle 11.3
Mojo.az Banner