Mojo.az Banner
23:01 Şamaxıda gecəyarısı vətəndaşın obyektini sökən şirkət kimindir? (VİDEO)  |     22:57 Zirzəmidə yıxılıb çarəsiz qalan şəxs xilas olundu (VİDEO)  |     22:51 Azərbaycanda uzunömürlülərin sayı - MARAQLI STATİSTİKA  |     22:45 Ceyhun Bayramovla Marko Rubio arasında telefon danışığı aparıldı  |     22:40 Türkiyədə iki futbol hakimi həbs olundu  |     22:31 Ucarda şagirdin məktəbdən kənarlaşdırılması narazılıq yaradıb - VİDEO  |     22:26 Xalq artisti xəstəxanadan evə buraxıldı  |     22:20 Saturn Yerə ən yaxın mövqeyindədir: Bu gecə onu necə görmək olar?  |     22:12 Qeysəriyyə əməliyyatı olunan 31 yaşlı qadın öldü  |     22:08 Zəngəzurda saxlanılan azərbaycanlı hərbçi İrəvanda xəstəxanaya yerləşdirildi  |     21:51 Bakıda torpağın qiyməti kəskin artdı - Ən çox bu rayonda bahalaşıb  |     21:50 "Azəriqaz"ın adından 10 min manatlıq dələduzluq  |     21:46 Azərbaycanda uşaqların gözü qarşısında qadını bağçanın həyətində vəhşicəsinə bıçaqladılar - Hadisə baş verən ərazidən görüntülər  |     21:44 Məşhur türk aktrisası vəfat etdi  |     21:37 Avtomobil sürmək üçün etibarnamə tələbi niyə təkmilləşdirilmir? (VİDEO)  |     21:34 Məşhur biznesmeni ailəsi ilə hədələyiblər - 20 milyonluq şantaj işində yeni adlar  |     21:19 Tünd çörək həmişə çovdar çörəyi deyil: Seçim zamanı səhvə yol verməyin  |     21:18 ANS-in keçmiş işçisi bu televiziyaya direktor təyin olundu  |     21:08 "Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi  |     21:07 Bakıda məktəbli sinif yoldaşını qətlə yetirdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda daimi yaşamaq icazəsi olamayan Gürcüstan vətəndaşlarına vaksinasiya ilə bağlı şad xəbər

04.09.2021 18:54 987
Azərbaycanda daimi yaşamaq icazəsi olamayan Gürcüstan vətəndaşlarına vaksinasiya ilə bağlı şad xəbər
Artıq Azərbaycanda müvəqqəti və ya daimi yaşamaq icazəsi olmayan, bununla belə pandemiya səbəbindən ölkədən çıxa bilməyən Gürcüstan vətəndaşları da koronavirusa qarşı peyvənd oluna biləcəklər.

Bununla bağlı oxu.az-a Gürcüstan azərbaycanlılarının “Soydaş” İctimai Birliyindən məlumat verilib.

Məlumatda deyilir:

“Hazırda Azərbaycanda olan və pandemiya səbəbindən ölkəni tərk edə bilməyən soydaşlarımız vaksinasiya ilə bağlı problemlərlə üzləşmişdilər. Belə ki, olduğu yer üzrə qeydiyyatda olan (müvəqqəti və ya daimi yaşama icazəsi olmayan) soydaşlarımız burada koronavirusa qarşı peyvənd vurdura bilmirdilər.

“Soydaş” İctimai Birliyi olaraq bununla bağlı müxtəlif dövlət qurumlarına müraciətlər etmişdik. Artıq bu gündən etibarən 1 saylı Kliniki Tibbi Mərkəzin (“Semaşko”) VII korpusunda vaksinasiya prosesinə başlanılıb.

Vaksin olunmaq istəyən şəxslər həftə içi hər gün saat 09:00-18:00 arası, şənbə günləri 09:00-14:00 arası peyvəndlənmə üçün müraciət edə bilərlər. Xarici pasportunuz və olduğunuz yer üzrə qeydiyyat zamanı sizə təqdim olunan qeydiyyat sənədinizlə birgə xəstəxanaya gedərək canlı növbə götürə bilərsiniz”.

“Soydaş” İctimai Birliyinin rəhbərliyi sözügedən məsələdə göstərdiyi köməyə görə Azərbaycan - Gürcüstan parlamentlərarası işçi qrupunun rəhbəri Arzu Nağıyevə, həmçinin aidiyyəti dövlət qurumlarına təşəkkür edib.скачать dle 11.3
Mojo.az Banner