Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Yerimə sürəti ömrün uzunluğundan xəbər verə bilər - Yeni araşdırma | 22:55 Hava limanında 20 min dollar tapan şəxslə bağlı qərar verildi | 22:50 Kirayə pulunu ödəmək üçün qapı oğurladı, 23 gün həbs edildi | 22:42 Payız yorğunluğundan xilas olmaq üçün 5 sadə məşq - Mütəxəssisdən tövsiyələr | 22:37 "Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi | 22:30 Xəbəri olmadan adına şirkət açıldı, 634 min manat vergi borcu yarandı (VİDEO) | 22:24 Üzü daha gənc göstərən saç kəsimləri | 22:15 Qazaxıstan və Ermənistan TRIPP-i müzakirə etdi | 22:10 Yaponiyada güclü zəlzələ oldu | 22:03 Bakıda istehlaka yararsız süd məhsulları aşkarlandı | 21:58 Sabah Bakıda yağış yağacaq | 21:50 "Arxa oturacaqda 7 yaşlı qıza əxlaqsızlıq edərkən gördüm ki..." - 67 yaşlı kişidən iyrənc hərəkət | 21:45 Maliyyə yoxlamaları nəticəsində 106,9 mln. manat vəsait bərpa edilib | 21:38 Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? - Hakimdən izah | 21:33 Ərdoğanın keçmiş müavini həbs edildi | 21:26 Ötən ay avtobusla 54 milyona yaxın sərnişin daşınıb | 21:21 Tikinti zamanı ayağı sınan fəhlə "Avrasiya" MTK-dan şikayətçidir - VİDEO | 21:13 Atasından pul oğurlayıb qumar oynayırmış - Məhkəmə bu qərarı verdi | 21:07 "Polis erməni dilində danışmağımı görüb..." - Azərbaycanlı bloger | 21:01 Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəlib |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda hansı kriptovalyutaya maraq daha çoxdur?

01.09.2021 20:57 1 329
Azərbaycanda hansı kriptovalyutaya maraq daha çoxdur?
“Pandemiya ilə bağlı olaraq dünyanın demək olar ki, bütün ölkələri onun iqtisadiyyata vurduğu ziyanları neytrallaşdırmaq üçün yumşaldıcı pul- kredit siyasətinə üstünlük veriblər. Bunun nəticəsi olaraq əksər ölkələrin Mərkəzi Bankları faiz dərəcələrini azaldaraq, yumşaq pul-kredit siyasəti nəticəsində dövriyyədə olan pul kütləsinin miqdarını artırıblar".

Bu sözləri “Report”a açıqlamasında kriptovalyutalarla bağlı danışan “Unicapital İnvestisiya şirkəti” ASC-nin Araşdırmalar və investisiya məsləhəti şöbəsinin müdiri Seymur İbadov deyib.

S.İbadov bildirib ki, pandemiya dövründə dünyada və ölkəmizdə kriptovalyutalara maraq artıb:

“Bütün bu baş verən amillər isə öz növbəsində investorları aşağı faizlərin mövcud olduğu bir dönəmdə klassik investisiya alətlərindən kənar, başqa maliyyə alətləri axtarmağa vadar edib. Məhz bu baxımdan pandemiyanın höküm sürdüyü dönəmlərdə demək olar ki, investorlar tərəfindən kriptovalyutalara olan maraq artıb. Bu tendensiya bizim ölkədən də yan keçməyib”.

S.İbadov Azərbaycanda əhalinin ən çox hansı kriptovalyutaya yönəldiyini qeyd edib:

“Qeyd edək ki, kriptovalyutaların sayı yüzlərlə ölçülür və demək olar ki, vaxtaşırı yeni kriptovalyutaların yaradılması barədə informasiyalar alırıq. Kriptovalyutaların sayının çox olmasına baxmayaraq əsas bir neçə kriptovalyutalar mövcuddur ki, bunlar bu bazarda həlledici məqama malikdir. Belə ki, hazırda kriptovalyutaların bazar dəyəri 2 trilyon ABŞ dollarından artıqdır. İlk növbədə bu tip alətlər arasında ilk rəsmi kriptovalyuta hesab edilən "Bitcoin" qərarlaşıb. İnvestorlar arasında sıralamada məşhurluğuna görə 2-ci yerdə isə "Ethereum" qərarlaşıb. Sonra ilk onluqda bu kriptovalyutalardan sonra "Cardano", "Binance Coin", "XRP,Dogecoin", "Solana", "Polkadot", "Uniswap" qərarlaşıb.

“Bazar dəyərinə görə kriptovalyuta bazarlarında "Bitcoin" və "Ethereum" ümumilikdə bütün bazarın 60 %-dən çoxunu təşkil edir”, - deyə S.İbadov əlavə edib.

Son xəbərlər