Mojo.az Banner
23:01 Şamaxıda gecəyarısı vətəndaşın obyektini sökən şirkət kimindir? (VİDEO)  |     22:57 Zirzəmidə yıxılıb çarəsiz qalan şəxs xilas olundu (VİDEO)  |     22:51 Azərbaycanda uzunömürlülərin sayı - MARAQLI STATİSTİKA  |     22:45 Ceyhun Bayramovla Marko Rubio arasında telefon danışığı aparıldı  |     22:40 Türkiyədə iki futbol hakimi həbs olundu  |     22:31 Ucarda şagirdin məktəbdən kənarlaşdırılması narazılıq yaradıb - VİDEO  |     22:26 Xalq artisti xəstəxanadan evə buraxıldı  |     22:20 Saturn Yerə ən yaxın mövqeyindədir: Bu gecə onu necə görmək olar?  |     22:12 Qeysəriyyə əməliyyatı olunan 31 yaşlı qadın öldü  |     22:08 Zəngəzurda saxlanılan azərbaycanlı hərbçi İrəvanda xəstəxanaya yerləşdirildi  |     21:51 Bakıda torpağın qiyməti kəskin artdı - Ən çox bu rayonda bahalaşıb  |     21:50 "Azəriqaz"ın adından 10 min manatlıq dələduzluq  |     21:46 Azərbaycanda uşaqların gözü qarşısında qadını bağçanın həyətində vəhşicəsinə bıçaqladılar - Hadisə baş verən ərazidən görüntülər  |     21:44 Məşhur türk aktrisası vəfat etdi  |     21:37 Avtomobil sürmək üçün etibarnamə tələbi niyə təkmilləşdirilmir? (VİDEO)  |     21:34 Məşhur biznesmeni ailəsi ilə hədələyiblər - 20 milyonluq şantaj işində yeni adlar  |     21:19 Tünd çörək həmişə çovdar çörəyi deyil: Seçim zamanı səhvə yol verməyin  |     21:18 ANS-in keçmiş işçisi bu televiziyaya direktor təyin olundu  |     21:08 "Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi  |     21:07 Bakıda məktəbli sinif yoldaşını qətlə yetirdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Ukraynalı qadınla azərbaycanlı bankir arasında qalmaqal - FOTO

28.08.2021 22:41 1 884
Ukraynalı qadınla azərbaycanlı bankir arasında qalmaqal - FOTO
Ukrayna vətəndaşı Valeriya Vitaliyevna Qurova ölkə rəhbərliyinə müraciət edərək Bank “BTB” ASC-də Müşahidə Şurası sədrinin müavini vəzifəsini tutan Cavid Zeynalovla bağlı tədbir görülməsini istəyib. Ölkə rəhbərliyinə yolladığı müraciətdə V.Qurova yazır ki, bu ilin fevralında Azərbaycan vətəndaşı Cavid Zeynalovla internet üzərindən tanış olub. 2 ay sonra Cavid Zeynalov Qurovanı Bakıya dəvət edərək işlə təmin edəcəyini bildirib.

Median.Az “Yeni Müsavat”a istinadən xəbər verir ki, Valeriya Qurovanın yazdığına görə, Ukraynada özünün qurduğu onlayn biznesinin olduğuna və digər iş yerinin varlığına görə Cavid Zeynalovun təklifinə razılıq verməyib. Dnepr Dövlət Universitetinin “Beynəlxalq menecment” fakültəsinin məzunu olan 24 yaşlı Qurova qeyd edir ki, Cavid Zeynalov ona həmin işləri Bakıda da görə biləcəyini bildirib, onunla ailə quracağını deyib. Bundan sonra V.Qurovanın valideynləri ilə Cavid Zeynalovun ailə üzvləri, bacısı Leyla təmas qurublar. Leyla Zeynalova Bakıdakı “Pakhlava”, “Baku Cafe Dubai”, “Sumakh”, “Baku Cafe”, “M’EAT” restoranlarının daxil olduğu “Beat Group” şəbəkəsinin direktorudur. Cavid Zeynalovun ailə üzvləri də Qurovanın yaxınlarını əmin ediblər ki, qızlarını rahat şəkildə Bakıya göndərə bilərlər, heç bir problem olmayacaq. Bununla belə Qurovanın atası Cavid Zeynalovdan xahiş edib ki, qızına 1 ay müddətində qüvvədə olacaq təyyarə bileti geriyə qayıtmaq üçün də alınsın. Cavid Zeynalov Qurovanın atasını əmin edib ki, onun evlənmək fikri ciddidir, qızını “Caspian Avto İmport” şirkətinə 1000 manat maaşla işlə də təmin edəcək.

Bakıya gəlməzdən əvvəl Qurova pasportunu, diplomunu Cavid Zeynalova göndərib ki, ölkəyə gəlişinə icazə alınsın. Bir müddət sonra Qurovaya baş nazir Şahin Mustafayevin imzası ilə ölkəyə gəlməyə icazə verilib. Qurova yazır ki, Bakıya gələndən sonra Cavid Zeynalov onu evlərinə aparıb və valideynləri, bacısı ilə tanış edib, onu yaşadıqları ünvana - Yasamal rayonu, Həsən bəy Zərdabi 190 ünvanında yerləşən “Melissa Park” yaşayış kompleksindəki mənzillərinə qeydiyyata aldırıb.

Bundan sonra Qurova "Worldwide Education" təhsil şirkətində Azərbaycan dili kurslarına yazılıb ki, “Caspian Avto İmport” şirkətində işə başlayarkən dil problemi olmasın. Həmin müddətdə Cavid Zeynalov Qurovaya “Caspian Avto İmport” şirkətinin veb-səhifəsini idarə etməyi tapşırıb.

V.Qurova yazır ki, bundan sonra problemlər başlayıb, Cavid Zeynalov onun işə çıxması ilə bağlı suallarına cavab verməkdən yayınıb, israr etdikdə isə valideynlərinin gözü qarşısında təhqiramiz formada cavablar verib. V.Qurovanın sənədlərini əlindən alaraq onu Mərdəkandakı bağ evinə apararaq orada saxlayıb. İyun ayında isə “Caspian Avto İmport” şirkətinin BTB bankının nümayəndəsi Emil Rzayevə satıldığını, Qurova ilə şirkət arasındakı müqavilənin ləğv edildiyini deyib. Qurova deyir ki, şirkətlə heç bir müqavilə bağlamadığından və şirkətdən şəxsən pul almadığından müqavilə haqda deyilənlərdən şübhələnib. Düşünür ki, onun sənədləri əsasında hansısa maliyyə maxinasiyaları həyata keçirilə bilər. Buna görə də Azərbaycan Baş Prokurorluğuna müraciət etməklə onun sənədləri əsasında maliyyə maxinasiyalarının baş verib-verməməsini araşdırılması üçün müraciət edib. Bu ilin avqustunda Qurova “Caspian Avto İmport” şirkətinin ofisinə getmək istəyini bildirəndə, Cavid Zeynalov tərəfindən hədələnib və tez bir zamanda Azərbaycanı tərk etməsi tələb edilib. Bir neçə gün sonra Cavid Zeynalov Qurovanı evindən qovub, deyib ki, prokurorluğun 2-ci mərtəbəsində kabineti olan dostu Elçin vasitəsi ilə ona ciddi problemlər yaradacaq. Qurova Azərbaycanda mənzil kirayələyərək Cavid Zeynalovun onun sənədlərindən istifadə etməklə maliyyə maxinasiyaların edib-etməməsinin araşdırılmasına nail olmağa çalışır. Hüquq-mühafizə orqanlarından xahiş edir ki, ona qarşı təhdidlər araşdırılsın, tədbir görülsün.

Məsələ ilə bağlı Bank “BTB” ilə əlaqə saxlanılsa da sorğunu cavablandırmaq istəməyiblər.скачать dle 11.3
Mojo.az Banner