Mojo.az Banner
11:47 Azərbaycanda daha bir qida məhsulunun qiyməti kəskin artdı - Video  |     11:34 Azərbaycanda istilik mövsümü vaxtından əvvəl başlayacaq?  |     11:29 Uşağın ürəyi qəfil dayana bilərmi? – Kardioloqdan XƏBƏRDARLIQ  |     11:26 Kənd yumurtası buna görə bahalaşıb – AÇIQLAMA  |     11:03 Bakıda qadın qətlə yetirildi - Əri saxlanıldı  |     23:01 Əsgərlikdən yeni qayıdan gəncin qanını tökdülər - Video  |     22:55 Qatarla Azərbaycana gələn və gedən əcnəbilərin sayı açıqlandı  |     22:47 ChatGPT-nin yazdığı mətnlərə görünməz işarələr əlavə edilir  |     22:39 Şəkər xəstəliyi ən çox bu yaşda və bu səbəblə yaranır - XƏBƏRDARLIQ  |     22:34 Qaradağda saxlanılan daha bir məmura HÖKM OXUNDU  |     22:26 "Formula 1" yaxından izləmək üçün hasardan tullandı - Həbs edildi  |     22:21 Ermənistanda saxlanılan azərbaycanlı hərbçi ilə bağlı Paşinyandan açıqlama  |     22:13 Naxçıvanda bu qurumun səlahiyyətləri ləğv edildi  |     22:08 Hər 5 aptekdən birində nöqsanlar tapıldı  |     22:02 Bu ölkə "Avroviziya"dan imtina etdi  |     21:54 Uşağı telefona yaxından baxan, gözlərini qıyan, başı ağrıyan valideynlərin nəzərinə  |     21:46 Qazaxda toyda başlayan mübahisə bıçaqlanma ilə nəticələndi - Video  |     21:41 Azərbaycanda un məhsulları bahalaşacaq? - Video  |     21:33 Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama  |     21:28 Azərbaycanın millisindən böyükhesablı qələbə  |    
Mojo.az Avto
Mojo.az Avto

Avropa ölkəsi Azərbaycanın müstəqillik illərində verdiyi sürücülük vəsiqələrini qəbul etmir

24.08.2021 13:28 891
Avropa ölkəsi Azərbaycanın müstəqillik illərində verdiyi sürücülük vəsiqələrini qəbul etmir
Azərbaycanda sürücülük vəsiqəsi əldə etməyin dünyanın bir çox ölkələrindən daha asan olması bildirilir. İctimaiyyət arasında vəsiqələrin satılmasıyla bağlı həmişə söz-söhbət olur. Bakıda şəhər nəqliyyatının vəziyyətinə nəzər salanda şübhələnməmək olmur. Sanki sürücülülərin əksərinin yol hərəkəti qaydalarından xəbəri yoxdur.

Fransa azərbaycanlıların müstəqillik illərində aldığı sürücülük vəsiqələrini qəbul etmir. Avropada yaşayan azərbaycanlıların sosial şəbəkələrdəki qruplarında bu haqda çox söz açılır. Fransa ortaya konkret şərt qoyub. Avropa ölkəsi daha çox sovet dövründə əldə olunan sürücülük vəsiqələrinə isti yanaşır. Müstəqillik dönəmindəki sənədlər isə etibarlı hesab olunmur.

Bəs səbəb nədir? Avropada yaşayan azərbaycanlılar hesab edir ki, sürücülük vəsiqəsinin məhz rüşvətlə əldə olunmaq ehtimalı Fransada belə qərar verilməsi ilə nəticələnib. Hələ 2018-ci ildə sürücülük vəsiqələrinin qarşılıqlı tanınmasıyla bağlı ölkələr arasında uyğun sazişin imzalanması gözlənilirdi. Sonradan tərəflər ortaq məxrəcə gələ bilməyib. İndi Fransa Azərbaycanda yalnız 1992-ci ilə qədər əldə edilmiş sürücülük vəsiqələrinə yaşıl işıq yandırır.

Avropada yaşayan azərbaycanlılar gileylənir ki, köhnə qitədə də rüşvətlə vəsiqə əldə edilməsi hallarına rast gəlinməyə başlanılıb. Fransada bunu ərəb dövlətlərindən gələnlərin etdiyi bildirilir. Amma qabiliyyət imtahanında rüşvət heç bir halda keçmir. Yəni ərəblər müştərilərinə pul müqabilində hazırlaşmadan imtahanı keçməyi söz versə də, istənilən halda sükanın arxasında əyləşmək lazım gəlir.

Fransa hökumətinin məsələyə çox sərt yanaşdığı bildirilir. Avropa dövlətində rüşvət mexanizminə hər cür mane olmağa çalışırlar. Qabiliyyət imtahanı isə xüsusi nəzarət altında keçirilir.

Fransada imtahanlara hazırlaşmaq üçün 3 min sual təqdim olunur. İmtahanda yalnız 40 sual düşür. Bunlardan 35-nə düz cavab vermək vacibdir. Sonra qabiliyyət sınağı gəlir. Burada bir saat avtomobil idarə edə bildiyini göstərməlisən. Bunun üçün 45 avro ödənməlidir. Qabiliyyət sınağından keçməyənlər ümumi 20 saatlıq hazırlıq prosesinə cəlb olunur. Fransada yaşayan azərbaycanlılar sürücülük vəsiqəsini əldə etmək üçün 1800 avroya qədər xərc çıxdığını deyir.скачать dle 11.3
Mojo.az Banner