DİN və Baş Prokurorluqdan birgə əməliyyat: Saxta COVID-19 pasportu satanlar aşkarlandı - FOTO/VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:15 Azərbaycandan göndərilmiş 20 tondan çox kartof Rusiyaya buraxılmayıb  |     17:58 Fars körfəzində TƏHLÜKƏLİ VƏZİYYƏT - 900-dən çox gəmi kursunu itirdi  |     17:52 Lənkəranda 18 kiloqram narkotik aşkarlanıb  |     17:50 Bakıda bağ evlərinin kirayə QİYMƏTLƏRİ niyə artır?  |     17:49 Bakıda FACİƏ: Dörd yaşlı qız səkkizinci mərtəbədən yıxılıb öldü  |     17:42 İrandan təxliyə edilən rusiyalı nümayəndələrin hoteldə qalma xərclərini Azərbaycan qarşılayıb  |     16:31 Ağsuda məktəb direktoru VƏFAT ETDİ  |     15:02 Aktrisa onu skuterlə vuran kuryerdən "qan pulu" tələb edir  |     14:45 Xaçmazda mənzildən meyit tapılıb  |     14:21 Avtomobili vurub işıqfora çırpıldı, hadisə yerindən qaçdı - Bakıdakı qəzanın VİDEOSU  |     14:01 40-dan çox Azərbaycan vətəndaşı İrandan təxliyə edilib - Aralarında diplomatlar da var  |     14:00 Sabah ölkə ərazisində yağış yağacaq, şimşək çaxacaq  |     13:57 İsrailə növbəti raket hücumu Yəməndən oldu  |     13:56 KİV: İsrailin raket hücumu başlayan kimi Əli Xamenei bunkerə təxliyə olunub  |     13:56 Eltac Səfərli 152 şahmatçının yarışdığı turnirdə İKİNCİ OLDU  |     13:55 Neftin qiyməti 130 dollara qədər arta bilər  |     13:54 İranın raket atəşləri səbəbindən İsraildəki yeraltı sığınacaqlar dağılıb  |     13:54 İranda "İsrail casusu" dar ağacından asıldı  |     13:52 Yevlaxda 39 il əvvəl vəfat edən qadının ölüm faktı qeydə alınıb  |     13:51 İranın nüvə obyekti ərazisində zəlzələ olub  |    

DİN və Baş Prokurorluqdan birgə əməliyyat: Saxta COVID-19 pasportu satanlar aşkarlandı - FOTO/VİDEO

Daxil olan məlumatlar və aparılan yoxlamalar nəticəsində paytaxt ərazisində yerləşən daha bir neçə tibb müəssisəsində pul müqabilində bəzi vətəndaşlara dair məlumatların vaksinasiya prosesindən keçmədən “e-TƏBİB” elektron qeydiyyat sisteminə yerləşdirilməsi və bununla da həmin şəxslərin guya vaksin olunmaları ilə bağlı saxta COVID-19 pasportu ilə təmin edilmələri məlum olub.

Bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.

Həyata keçirilən ilk əməliyyat zamanı müəyyən olunub ki, Xəzər rayonu Binə qəsəbəsində yerləşən 29 saylı Birləşmiş Şəhər Xəstəxanasının tibb bacıları Ü.Abbasova, S.Allahverdiyeva, F.Nəhmətova, həmin müəssisəsinin kompüter qeydiyyatçıları Ə.Hüseynova, S.Dadaşzadə və Səbail rayonunda yerləşən 33 saylı Şəhər Poliklinikasının əməkdaşı Elnur Əliyevlə əlbir olaraq vətəndaşlardan 300 manat məbləğində pul alıb onların xəstəxanaya belə gəlmədən guya vaksinasiyadan keçib peyvənd olunmalarını özündə əks etdirən saxta sənəd təqdim ediblər. Bu şəxslərin eyni üsulla çoxsaylı vətəndaşlardan pul alaraq onları peyvənd olunmadıqları halda “e-TƏBİB” elektron qeydiyyat sistemində vaksin olunmuş şəxslərin siyahısına daxil etdikləri məlum olub.

Analoji hal Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən 7 saylı Birləşmiş Şəhər Xəstəxanası və Yasamal rayonunda yerləşən 3 saylı Şəhər Poliklinikasında da aşkar edilib. Müəyyən olunub ki, həmin müəssisələrdə tibb bacıları işləyən S.Mahmudova və A.Bağırova hər doza vaksin üçün 50-100 manat müqabilində ayrı-ayrı vətəndaşlar barədə guya onların vaksin olunmalarını özundə əks etdirən saxta məlumatları “e-TƏBİB” elektron qeydiyyat sisteminə daxil ediblər. Bununla da adları çəkilən tibb bacıları tərəfindən pul aldıqları vətəndaşlara peyvənd olunmadan onlara vaksin vurulduğu barədə saxta sənədlər təqdim olunub.

Qeyd edilən faktlarla bağlı Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsində istintaq araşdırmaları aparılır. İş üzrə əhəmiyyət kəsb edən halların, göstərilən qanun pozuntularında hər hansı formada iştirak etmiş digər şəxslərin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi vətəndaşlara bir daha müraciət edərək koronavirus əleyhinə peyvənd vurulması, habelə COVID-19 testinin nəticələri ilə bağlı vətəndaşlara saxta sənəd verilməsi halları ilə üzləşdikdə “102” Xidməti Zəng Mərkəzi, “961” nömrəli “Çağrı Mərkəzi”, “161” nömrəli “Qaynar xətt” əlaqə mərkəzi, o cümlədən Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin sosial şəbəkələrdəki səhifələri vasitəsilə məlumat verilməsini xahiş edir.

Qeyd edək ki, ölkəmizdə koronavirus pandemiyası əleyhinə aparılan vaksinasiya prosesinə qanunsuz yollarla müdaxilə edilməsi hallarına qarşı Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunvericiliklə nəzərdə tutulan qaydada sərt mübarizə tədbirləri bundan sonra da qətiyyətlə davam etdiriləcək.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 572 23.08.21 11:57