Mojo.az Banner
13:39 Toylarında taxılan qızıllar gündəm oldu: "Vanlı Kara Haydar"ın həyat yoldaşı da saxlanıldı  |     13:35 Azərbaycandan tranzit keçməklə Ermənistana arpa və buğda göndərildi  |     13:33 Vilyam Hacıyevin hərracda satılan avtomobillərini öz oğlu alıbmış...  |     13:29 Xəzərdə zəlzələ oldu - FOTO  |     13:13 Qadını ütü ilə vuran şəxs: "Gizlin şəkildə telefon işlədirdi"  |     13:04 Qusarda toydan çıxan qonaqlar arasında dava: Xəsarət alan var  |     12:27 Arvadını döyən stomatoloq: "Evdən 100 min manat götürdüyümü dedi, üzümə tüpürdü"  |     12:22 Məşhur yunan müğənni 54 yaşında öldü  |     12:20 Xocalıda mina partlayıb, ANAMA əməkdaşı xəsarət alıb (Yenilənib)  |     12:14 Şəkidə istirahət mərkəzində iki nəfərin ölməsi faktı ilə bağlı cinayət işi başlanıb  |     12:11 Azərbaycan neftinin qiyməti 113 dolları keçib  |     12:09 Dərindən nəfəs ala bilməmək təhlükəli xəstəliklərin əlaməti ola bilər  |     12:07 UEFA Çempionlar Liqasında birinci tur həyəcanı yekunlaşır  |     11:59 ABŞ-də ən böyük kriptovalyuta oğurluğu: 22 yaşlı haker 245 milyon dollarlıq "Bitcoin" ələ keçirdi  |     11:47 Bakıda toy zamanı transformator yandı, məclis yarımçıq qaldı - Hadisə yerindən GÖRÜNTÜLƏR - VİDEO  |     11:44 KİV: İran gizli nüvə inşaatını fəallaşdırıb  |     11:41 Arvadını döyən stomatoloq: "Evdən 100 min manat götürdüyümü dedi, üzümə tüpürdü"  |     11:40 Dövlət işçilərinə maaş əlavələri və mükafatlar necə veriləcək? - Yeni qaydalar  |     11:34 İmişlinin bəzi ərazilərində qaz olmayacaq  |     11:27 Gəncədə yeniyetmə bıçaqlandı, şübhəli şəxs saxlanıldı  |    
Left Banner
Right Banner

Qrenlandiyadakı buzlağa ilk dəfə yağış yağıb

20.08.2021 21:55 837
Qrenlandiyadakı buzlağa ilk dəfə yağış yağıb
Qrenlandiyanın buz qalxanının ən yüksək nöqtəsində yerləşən tədqiqat stansiyasında 1950-ci ildən bəri aparılan meteoroloji müşahidələr tarixində ilk dəfə yağış qeydə alınıb.

Median.Az
AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın qar və buzun tədqiqatı üzrə milli məlumatlar mərkəzindən bildirilib.

Məlumata görə, avqustun 14-də Qrenlandiyanın buz qalxanının ən yüksək hissəsinə bir neçə saat yağış yağıb və doqquz saat ərzində havanın hərarəti 0 dərəcədən yuxarı olub. Dəniz səviyyəsindən 3 min 213 metr yüksəklikdə yerləşən bu coğrafi nöqtədə indiyə qədər yağış qeydə alınmamışdı və son 10 ildə cəmi iki dəfə havanın hərarəti 0 dərəcədən yuxarı qalxmışdı.

Mərkəz anomal hadisəni yüksək və alçaq təzyiq zonalarının qarşılıqlı təsiri səbəbindən adanın cənubundan gələn isti hava axını ilə izah edir. Yağış nəticəsində adanın buz örtüyünə 7 milyard ton yağıntı düşüb ki, bu da buzun əriməsinə səbəb olub.скачать dle 11.3
Mojo.az Banner