Mojo.az Banner
17:33 Uşaqlarının gözü qarşısında silah istifadə edən reper məhkəməyə verildi  |     17:09 İlanlar binalara və evlərə niyə girir? – Zooloqdan MÜHÜM açıqlama  |     17:07 Bakıda maşında meyit tapıldı  |     16:55 Azərbaycanda bank kartları ilə bağlı YENİ QADAĞA - ÖZƏL  |     16:53 2 milyona yaxın borcu olan biznesmenin Azərbaycandan çıxışına QADAĞA  |     16:48 Külək güclənir - XƏBƏRDARLIQ  |     16:46 Boşandıqdan sonra eyni evdə yaşamaq məcburiyyətində qalanlar bunu bilməlidir  |     16:40 Mövsümi ucuzlaşma bitir: Meyvə-tərəvəz qiymətləri yenidən arta bilər  |     16:35 Kilosu 37 manat olan kolbasa piydən ibarətdir? — "Çiy ət dadı verir" - AÇIQLAMA  |     15:47 Bakıda daha bir küçədə avtobuslar üçün xüsusi zolaq yaradıldı  |     13:58 Qonşusunu bıçaqla ürəyindən vuran şəxsə AĞIR CƏZA  |     13:52 İrandan Azərbaycana 111 kiloqram narkotiki keçirmək istədilər  |     13:45 Dövlət agentliyində YENİ TƏYİNATLAR  |     13:40 Suraxanıda ƏMƏLİYYAT: 32 kiloqram narkotik vasitə aşkarlandı - VİDEO  |     13:32 Bütün sosial ödənişlər nə vaxt yekunlaşacaq?  |     13:28 Bakıda mənzillər sürətlə bahalaşır: SON VƏZİYYƏT - VİDEO  |     13:22 Azərbaycan nefti KƏSKİN BAHALAŞDI  |     13:15 Mütəxəssis payız aylarında ağcaqanadların çoxalma səbəblərini izah etdi  |     13:10 Bakıda yarımçıq tikilidə yeddi ailənin təhlükəli HƏYATI - VİDEO  |     13:04 Beş il sonra nə baş verəcək? - Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ  |    
Mojo.az Avto
Mojo.az Avto

Ötən ay bu rayonda 43 dərəcədən çox isti qeydə alınıb

01.08.2024 18:53 882
Ötən ay bu rayonda 43 dərəcədən çox isti qeydə alınıb
Cari ilin iyul ayında havanın temperaturu 25 gün normadan yüksək olub, orta aylıq temperatur 28.3 dərəcə olub ki, bu da iqlim normasından 2.1 dərəcə yüksəkdir.

Bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.

O qeyd edib ki, iyul ayı ərzində maksimal temperatur Bakıda və Abşeron yarımadasında 6 iyulda 38 dərəcə, ölkə üzrə isə 20 iyulda Hacıqabulda 43.4 dərəcə isti qeydə alınıb:

"Bəzi günlərdə hava şəraiti qeyri-sabit keçib, arabir yağış yağıb, şimşək çaxıb. Ötən iyul ayı ərzində Abşeron yarımadasında 6 gün yağıntılı keçib. Ay ərzində 12-16 mm olmaqla, normanın 4-6 misli qədər yağıntı düşüb. Bölgələrdə 10-16 gün yağıntılı olub, əksər bölgələrdə yağıntılar leysan xarakterli intensiv olub, düşən yağıntının miqdarı normadan çox olub. İyul ayında qərb rayonlarına 9 dəfə dolu yağması qeydə alınıb".

Xidmət rəisi qeyd edib ki, iyul ayının bəzi günlərində küləkli hava şəraiti ilə bağlı rəng şkalasına uyğun olaraq xəbərdarlıqlar verilib:

"Ayrı-ayrı günlərdə bəzi dağlıq və dağətəyi rayonlarda şərq küləyi qısa müddətə güclənib. Ümumilikdə bölgələrdə 23 gün, Abşeron yarımadasında isə 4 gün küləyin sürəti 15 m/s-dən çox olub".скачать dle 11.3
Mojo.az Banner