Mojo.az Banner
18:27 “Şəki yaylası”nda faciəvi şəkildə ölən - Ucalın atasından təsirli sözlər  |     18:15 Kəlbəcərdə tuneldə qalan ayı yorğun halda kömək gözlədi (VİDEO)  |     18:12 Nazirlər Kabineti təhsilalanlar üçün yeni geyim standartını təsdiqlədi  |     17:53 Bakıda marketdə arvadını döyən şəxs həbs olundu - Video  |     17:49 Bakının bu rayonunda qaz kəsiləcək  |     17:03 3-cü kurs tələbəsi vəfat etdi  |     16:55 Ötən həftə 1840,3 ha ərazi minalardan təmizlənib  |     16:39 Bu şəxslər üçün viza proseduru sadələşdirildi  |     16:22 Lənkəranda 3 gün əvvəl döyülən oğlan xəstəxanada öldü  |     16:12 "Tiktok"da quzu "satan" Orxan Həsənov saxlanıldı  |     16:09 Dima Bilan Azərbaycanı təmsil edən yeniyetməyə dəstək oldu - FOTO  |     16:05 Azərbaycanda bu institut ləğv olunur  |     14:47 Polşada Azərbaycana qarşı təxribatın qarşısı alınıb  |     14:32 Könüllü qanvermə aksiyası keçiriləcək  |     14:30 Rusiyada seçkilərin ilkin nəticələri açıqlandı  |     14:16 Bakıda tanınmış həkim əməliyyatdan sonra öldü - FOTO  |     14:10 Tıxacda qalmaq istəmirsinizsə, bunları bilməlisiniz  |     13:10 Bakıda əməliyyat: 70 yaşlı qadın saxlanıldı  |     12:58 Pensiyalar nə vaxt ödəniləcək?  |     12:47 Bakıda restoranda mühafizəçinin meyiti tapıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Hidrometeorologiya Xidməti: Ötən ay əksər günlərdə temperatur iqlim normasından yüksək olub

02.09.2024 18:58 1 569
Hidrometeorologiya Xidməti: Ötən ay əksər günlərdə temperatur iqlim normasından yüksək olub
Avqust ayında havanın temperaturu əksər günlərdə iqlim normasından yüksək olub, orta aylıq temperatur müsbət 28.2 dərəcə qeydə alınıb.

Bunu Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova bildirib.

O qeyd edib ki, ötən ay ərzində havanın maksimal temperaturu Bakı və Abşeron yarımadasında 5 avqust tarixində 39 dərəcə, bölgələr üzrə isə 22-23 avqust tarixlərində Naxçıvan MR-da və Aran rayonlarında 40 dərəcə isti müşahidə olunub:

“Avqust ayında əksər bölgələrdə fasilələrlə yağıntılı hava şəraiti müşahidə edilmiş və ümumi olaraq bölgələr üzrə 21 gün yağıntılı keçib. Yağıntı əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli olub. Ən çox yağıntı isə aylıq normanın 130 faizi olmaqla Balakən-Şəki bölgəsinə düşüb. Ölkə üzrə bir dəfə dolu düşməsi 4 avqust tarixində Qusar rayonunun Ləzə kəndində qeydə alınıb”.

Xidmət rəsmisi bildirib ki, avqust ayının bəzi günlərində küləkli hava şəraiti ilə bağlı rəng şkalasına uyğun olaraq narıncı və sarı xəbərdarlıqlar verilib. Bakıda və Abşeron yarımadasında 11 gün, bölgələrdə isə 22 gün küləkli olub. Küləyin maksimal sürəti Abşeron yarımadasında 25 m/s, bölgələrdə isə 23-28 m/s-dək güclənib.скачать dle 11.3
Mojo.az Banner