Mojo.az Banner
23:01 Bakı bulvarı bu dəfə çaysevərləri bir araya gətirəcək  |     22:56 Oktyabrın 10-11-i ilə bağlı ciddi xəbərdarlıq  |     22:50 Bu bürclərin həyatı TAMAMİLƏ DƏYİŞİR - Elə şeylər olacaq ki...  |     22:45 iPhone sevənlərə PİS XƏBƏR  |     22:39 Avropa çempionatı: Qadın boksçumuz finalda  |     22:31 Ağcabədi sakini Bakıda üzərində "Makarov" tapançası ilə saxlanıldı  |     22:26 "Naxçıvan" "Sumqayıt"ı məğlub etdi  |     22:21 Tovuzda yaşayış binasını ildırım vurdu - Xəsarət alan var  |     22:12 "Flydubai" pilotu 11 sentyabr terrorunu təkrar etmək istəyib  |     22:07 Masazırda avtomobil yandı  |     21:59 İnterpol Ermənistanda əməliyyat keçirdi - Qarabağ müharibəsi ilə bağlı silahlar götürüldü  |     21:54 Qubada kişi otbiçən mişarla qadına hücum edib - Təfərrüat  |     21:46 Ramzan Kadrov qızını Çeçenistanın ən yüksək ordeni ilə təltif etdi  |     21:41 Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı  |     21:27 Naxçıvanda suyun verilişində fasilə yaranacaq  |     21:19 Süni intellekt artıq hüquqlara malikdir: Təhqir qadağan edildi  |     21:13 Super El-Nino yarım milyona yaxın insanın ölümünə səbəb ola bilər  |     21:08 AZAL-ın Moskva reysləri təxirə salındı: Təyyarələrdən biri məcburi eniş etdi  |     21:05 "Bigo Live"da qadını və ailəsini təhqir etdi -15 gün həbs olundu  |     21:00 Kafe, dərzi sexi və mağazadan oğurluq edən şəxsə hökm oxundu  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda yaşadığı evi qəlyanxanaya çevirən şəxslər ələ keçdi - FOTO/VİDEO

13.08.2021 17:03 1 917
Bakıda yaşadığı evi qəlyanxanaya çevirən şəxslər ələ keçdi - FOTO/VİDEO
Nərimanov rayonunda karantin qaydalarını pozaraq onlayn yolla müştərilərə qəlyan sifarişi çatdıran şəxs saxlanılıb.

Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində qeyd edilən əməli törədərək sanitar-epidemioloji tələbləri pozan Rövşən Ağayev tutulub. Araşdırma zamanı onun qəlyan avadanlıqlarının onlayn yolla çatdırılmasını təşkil etdiyi məlum olub.

Faktla bağlı Rövşən Ağayev barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib. Toplanmış material rayon məhkəməsinə göndərilib və məhkəmənin qərarı ilə Rövşən Ağayev 8 sutka inzibati qaydada həbs edilib.

Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən daha bir tədbir zamanı yaşadığı evdə karantin qaydalarını pozaraq müştərilər qəbul edib onlara pul müqabilində qəlyan təklif edən paytaxt sakini Nurlan Hüseynov da saxlanılıb. Onunla birlikdə qəlyandan istifadə edən daha 3 şəxs də Polis İdarəsinə dəvət edilib.
Müştərilər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək hər biri 200 manat cərimə ediliblər. Yaşadığı evdən qəlyanxana kimi istifadə edən Nurlan Hüseynov barəsində də protokol tərtib olunaraq qərar qəbul edilməsi üçün toplanmış material Nərimanov Rayon Məhkəməsinə göndərilib.скачать dle 11.3
Mojo.az Banner