Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Qaradağda müştərilərə qəlyan təklif edən kafe sahibi həbs olunub

12.08.2021 19:11 825
Qaradağda müştərilərə qəlyan təklif edən kafe sahibi həbs olunub
Bakının Qaradağ rayonunda karantin qaydalarına zidd olaraq müştərilərə qəlyan təklif edən daha bir kafe aşkarlanıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, polis əməkdaşları Lökbatan qəsəbəsində yerləşən "Pub-110" adlı kafenin sahibi Emin Məmmədovun müştərilərə qəlyan verdiyini aşkar ediblər. Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.

Toplanmış material rayon məhkəməsinə göndərilib və məhkəmənin qərarı ilə Emin Məmmədov 8 sutka inzibati qaydada həbs edilib.

Son xəbərlər