Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Peyvənd olunanlar niyə maska taxmalıdır?

10.08.2021 19:33 855
Peyvənd olunanlar niyə maska taxmalıdır?
“Son bir aydır yoluxma diaqnozu qoyulanların sayı 10 dəfə artıb. Yoluxma sayı 2 faizdən 13 faizədək yüksəlib”.

Bunu REAL-a müsahibəsində Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.

O qeyd edib ki, bu, əhali arasında xəstələrin sayının artdığını göstərir:

“Bilirik ki, Azərbaycanda “Delta” ştammı var. Yoluxma sayı da artır. Tədbir görməsək, sentyabrda rəqəmlər çox yüksək ola bilər”.

O, əlavə olaraq qeyd edib ki, pandemiya şəraitində 1,5 il keçib, insanlar yorulub: "Maska taxmaq asan şey deyil. Bunun fərqindəyik".

H.Harmancı bildirib ki, açıq məkanlarda maskasız gəzməyə icazə veriləndə insanlar düşünmüş ola bilərlər ki, artıq ümumiyyətlə, maskaya ehtiyac yoxdur:

“Elə deyil. Azərbaycanda peyvənd olunanların sayı çox artdı. Əhalinin təxminən 25 faizi iki doz vaksinasiyadan keçib. Beş milyondan çox insan isə ən az bir doza peyvənd qəbul edib. Peyvəndlər bizi ağır xəstəlikdən, xəstəxanalıq olmaqdan və ölümdən qoruyur.

Əgər virus bizim orqanizmimizə daxil olubsa, bunu başqalarına ötürməyimizin qarşısını almır. Yəni mən xəstələnmədən peyvənd olunmuş ola bilərəm.

Bilirsiniz ki, peyvəndlər 100 faiz qorumur. Virus mənə keçibsə, onu özüm xəstələnmədən başqalarına ötürə bilərəm. Bu, o deməkdir ki, peyvənd olunsam da, maska taxmağa məcburam”.скачать dle 11.3
Mojo.az Banner