Mojo.az Banner
23:01 Dubay müharibəyə görə dəqiqədə 1 milyon dollar itirir  |     22:56 Azərbaycan ötən ay qızıl ixracından 56,1 milyon manat qazanıb  |     22:50 Astara buraxılış məntəqəsindən yüzdən çox Rusiya vətəndaşı təxliyə olunur  |     22:43 Avtobusların dəyişdirilməsi sərnişinlərin narazılığına səbəb olub - Video  |     22:38 ABŞ İspaniya ilə ticarəti dayandıracaq  |     22:30 Aviabiletlər bahalaşdı - Video  |     22:19 Bu şəhərlərə bütün uçuşlar geri qaytarılıb  |     22:10 İranlı alimlər hakimiyyətin Pəhləviyə verilməsini tələb etdilər - FOTO  |     22:00 Rusiyanın xüsusi təyyarəsi Lənkərana eniş etdi  |     21:54 “Şiddətli müharibə fonunda Azərbaycanın humanitar dəhliz missiyası həyati əhəmiyyət daşıyır”-Fərid Şahbazlı  |     21:44 İspaniya ilə ticarəti tam dayandırırıq - Tramp  |     21:36 Ramazan ayının on dördüncü günü: İmsak və iftar vaxtı, günün duası  |     21:15 Metroda bu istiqamətdə hərəkət qrafiki yenilənir - FOTOLAR  |     21:05 Bu ərazidə 1600 abonent qazsız qalacaq  |     20:59 İnsanın düzgün yaşlandığını necə başa düşmək olar? - 7 əlamət  |     20:51 Avropa çempionu olan Azərbaycan cüdoçusuna cəza verildi  |     20:46 Halsızlığın gizli səbəbləri: Xoroniki yorğunluq düşündüyünüzdən daha ciddi ola bilər  |     20:40 Temperatur enəcək, qar yağacaq (XƏBƏRDARLIQ)  |     20:35 Vergi orqanı ilə şirkət rəhbəri arasında 5 milyonluq mübahisə  |     20:28 Elşən Binəqədinin meyiti morqda niyə qaldı? – Meyxanaçılardan açıqlamalar  |    
Left Banner
Right Banner

Hande Harmancı: “Azərbaycana “Delta ştammı”nın gəlməsi qaçılmazdır”

08.07.2021 13:55 642
Hande Harmancı: “Azərbaycana “Delta ştammı”nın gəlməsi qaçılmazdır”
“Hazırda Azərbaycan COVAX-ın üzvüdür və ödəniş edərək COVAX vasitəsilə aldığı vaksinlər ölkəyə gətirilir”.

Bunu APA-ya açıqlamasında Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib. O bildirib ki, çox sayda vaksin gətirilib və bundan sonra da gətirilməyə davam edəcək:

“Azərbaycan ikitərəfli müqavilələrlə başqa ölkələrdən vaksin alıb. Hazırda Azərbaycanda vaksin sayı baxımından əskiklik olduğunu görmürük. Əksinə, daha çox insanın, xüsusən 65 yaşdan yuxarı şəxslərin vaksini tələb etməsi və mütləq qəbul etməsi çox önəmlidir”.

H.Harmancı qeyd edib ki, hazırkı sınaqlarda vaksinlərin hamısının iki dozada maksimum təsirə çatdığı bilinir: “Yəqin ki, ölkələr buna əsaslanaraq qərar verəcəklər”.

ÜST nümayəndəsinin sözlərinə görə, pandemiyanın əvvəlindən koronavirusa yoluxma halı uşaqlarda az rast gəlinib:

“Uşaqlar arasında da ölənlər olub. Ona görə “bu xəstəlik uşaqlara təsir etmir” demək yanlışdır. Amma onların daha yaxşı qorunduğunu bilirik.

“Delta ştammı”nın uşaqlarda hər hansı təsiri ilə bağlı bir məlumat yoxdur. Risk qrupları eynidir. Ən çox ölənlər 65 yaşdan yuxarı olan şəxslər və səhiyyə işçiləridir. Uşaqlarımızı qorumaq üçün özümüz peyvənd olunmalıyıq”.скачать dle 11.3
Mojo.az Banner