Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Erməni jurnalist növbəti dəfə həqiqətləri etiraf etdi - VİDEO

10.08.2021 13:11 789
Erməni jurnalist növbəti dəfə həqiqətləri etiraf etdi - VİDEO
Ermənistan Jurnalistlər Birliyinin üzvü, televiziya şərhçisi Nairi Oxikyan dövlət rəhbərlərinin illərdir çıxışları zamanı üzdə “asıb-kəsmələrinə” baxmayaraq, arxada gizlətdikləri reallıqları açıq şəkildə nümayiş etdirib.

Belə ki, Nairi Ermənistanın 1990-cı ildə işğal etdiyi Kərki kəndi ərazisində çəkiliş edib. Reportajda jurnalist deyir ki, GPS və “Google” xəritələrində Kərki Azərbaycan ərazisi kimi göstərilir. Bəli, ermənilər bizim əzəli və əbədi torpaqlarımızı nə qədər özlərininki kimi təqdim etməyə çalışsalar da, reallığı dəyişə bilmirlər. Bunu həqiqətləri dediyinə görə həmyerliləri tərəfindən daş-qalaq edilən erməni jurnalist də etiraf edib. Nairi Oxikyanın reportajında digər bir maraqlı məqam da diqqəti cəlb edir.

Belə ki, erməni jurnalistin bildirdiyinə görə, 2019-cu ildə Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi tərəfindən Eraskdan Gorusa və Ermənistan-İran sərhədinə gedən yollar təmir edilib. Maraqlısı isə budur ki, təmir zamanı Kərki kəndi ərazisinə aid olan avtomobil yoluna toxunulmayıb. Bu da onu deməyə əsas verir ki, ermənilər həmin torpaqların onların olmadıqlarını yaxşı biliblər və əmin olublar ki, torpağın sahibi bir gün mütləq geri qayıdacaq, ona görə də özləri istifadə etsələr belə, həmin yola asfalt örtüyü çəkməyiblər.

Təbii ki, zaman keçdikcə belə etirafların və faktların sayı daha çox olacaq. Özlərinin işğalçılıq siyasətlərini, başqasının torpağını mənimsəmək kimi xain xislətlərini elə özləri ifşa edəcəklər.

Ətraflı Baku TV-nin süjetində:

Son xəbərlər