Mojo.az Banner
23:12 Gəncədə atanın oğlunu bıçaqlaması ilə bağlı yeni təfərrüat - Video  |     22:45 Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto  |     22:34 Pulun üzərinə yazı yazmağa görə inzibati cəza nəzərdə tutulubmu?  |     22:27 Türkiyədə naməlum infeksiya: Minlərlə sakin xəstəxanaya müraciət etdi  |     22:16 Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib  |     22:00 30-a yaxın ölkə İrana qarşı bəyanatla çıxış etdi  |     21:40 Sabah paytaxtın bir rayonunda qaz kəsiləcək  |     21:22 Bəzi ərazilərdə su olmayacaq  |     21:06 Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı  |     20:33 Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması  |     20:31 Bəxtiyar Əsgərovu kim əvəz edəcək? - Yeni təyinat  |     20:15 Masazırda avtomobilləri yandıran şəxslər saxlanıldılar  |     20:04 Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub  |     19:58 Azərbaycanın yeni səfiri etimadnaməsini Pakistan prezidentinə təqdim edib  |     19:49 Şirvanda 1 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb  |     19:38 PKK İraqdakı dörd düşərgəni boşaltdı  |     19:28 Bakıda məktəbli əmisinin zorakılığına məruz qalıb? - İddia  |     19:20 "Sabah"ın oyunu ilə əlaqədar Bakıda 18 marşrutun hərəkət sxemi dəyişdirilir  |     18:40 Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb  |     18:06 Məktəbli forması şagirdlərin düşüncəsinə necə təsir edir? – AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

Yerevan-Moskva reysində erməni təxribatı: saxtakarlıqlarını göyə qaldırdılar - FOTO

22.07.2019 14:33 1 459
Yerevan-Moskva reysində erməni təxribatı: saxtakarlıqlarını göyə qaldırdılar - FOTO
Yerevan-Moskva reysində sərnişinlərə təxribat xarakterli jurnallar paylanılıb.

Ermənistanın “Armenia” şirkəti sözügedən jurnalda ölkəyə turist səfərlərini təşviq edən materiallar dərc edib.

Şirkətin sərnişinlərinə təqdim edilən jurnallarda işğal altındakı torpaqlarımız, eləcə də Şuşa şəhəri Ermənistan ərazisi kimi göstərilir.

Məqalədə Azərbaycanın Şuşada mövcud olan tarixi məscidləri İslam abidəsi kimi göstərilir, amma Azərbaycana məxsusluğu və tarixi qeyd edilmir.

Jurnalda Şuşadakı Xalça muzeyindən və orada nümayiş edilən “erməni” xalçalarından bəhs edilib və muzeyin tarixi ilə bağlı yanlış informasiyalar dərc edilib.

Məsələ barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva Oxu.Az-a açıqlama verib.

Bildirib ki, Azərbaycan və Ermənistan əlaqəsində diplomatik münasibətlər olmadığı üçün Rəsmi Bakı onlara müraciət ünvanlaya bilmir:

“Məlum olduğu kimi, Ermənistan Azərbaycanın tarixi ərazilərinə iddialarla çıxış edir və hazırda ölkəmizin Dağlıq Qarabağ və ətraf yeddi rayonu Ermənistanın silahlı qüvvələrinin hərbi işğalı altındadır.

İşğalçı ölkə eyni zamanda, Azərbaycanın tarixi, mədəniyyəti, musiqisi və digər sahələrdə məlumatları saxtalaşdıraraq, onların erməniləşdirilməsi və bu şəkildə təşviq edilməsinə cəhdlər edir. Biz bu kimi saxta təbliğat-təşviqat halları ilə mütəmadi olaraq üzləşir və onlarla mübarizə aparırıq”.

Qeyd edək ki, işğal altında olan ərazilərdə ermənilər tarixi Azərbaycan abidələri, maddi mədəniyyət nümunələrini dağıdır, eləcə də saxtalaşdıraraq “erməni abidəsi” kimi təqdim edirlər.

Ermənistan turistlərin diqqətini cəlb etmək üçün işğal altında olan Azərbaycan torpaqlarına mütəmadi olaraq, səfərlər təşkil edir, müxtəlif “tədbirlər” keçirməklə, öz işğalçılıq planlarını ört-basdır etməyə çalışırlar. Onların tərtib etdiyi bu cür təxribat xarakterli addımlar və səfərlər beynəlxalq qanunvericiliyə, eləcə də münaqişə ilə bağlı qəbul edilmiş beynəlxalq sənədlərə ziddir.








скачать dle 11.3
Mojo.az Banner