Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Artyom Avakimov: “Mən Gürcüstan ermənisiyəm və Azərbaycanla Ermənistan arasında sülhün tərəfdarıyam”

13.08.2021 21:10 2 508
Artyom Avakimov: “Mən Gürcüstan ermənisiyəm və Azərbaycanla Ermənistan arasında sülhün tərəfdarıyam”
Milliyyətcə erməni olan jurnalist Artyom Avakimov Tiflisdə (Gürcüstan) doğulub. Etnik mənsubiyyətinə baxmayaraq o, cəmi iki dəfə Ermənistanda olub. Azərbaycana isə heç vaxt səfər etməyib.

Bu gün o, azərbaycanlılarla ermənilər arasında sülhün tərəfdarı olanlardan biridir. Media.Az-a müsahibəsində Avakimov, ən qısa zamanda əlaqələrin bərpa edilməsinin vacibliyini qeyd edib. Həmçinin, jurnalist Ermənistanın sülh müqaviləsi imzalamaqdan yayınmasının mümkün səbəblərindən danışıb.

“Hesab edirəm ki, əvvəllər işğal edilmiş və artıq azad olunmuş Azərbaycanın yeddi rayonu elə ilk növbədə, özü də çoxdan geri qaytarılmalı idi. Yalnız bundan sonra Xankəndi məsələsini, orada yaşayan həm erməni, həm də azərbaycanlıların rəyi nəzərə alınmaqla həll etmək olardı. Düşünürəm ki, çoxdan razılığa gəlmək mümkün idi”, - deyə jurnalist bəyan edib.

O, Ermənistan hakimiyyətinin Bakının uzun illər əvvəl irəli sürdüyü Qarabağ üçün mədəni muxtariyyət təklifini hansı səbəbdən rədd etdiyini anlamadığını bildirib.

“Təbii ki, bölgədəki kommunikasiyaların bərpasını alqışlayıram. Ölkələr və insanlar yeni reallığı qəbul etməli, tədricən əlaqələr qurmalıdır. Mən Gürcüstan ermənisiyəm və Azərbaycanla Ermənistan arasında sülhün tərəfdarıyam, bütün Cənubi Qafqazın, üç ölkənin iqtisadi inkişafının tərəfdarıyam. Eyni zamanda düşünürəm ki, Azərbaycanın, Ermənistanın və Gürcüstanın bir olmasını istəməyən üçüncü qüvvələr var. Axı biz birlikdə güclüyük”, - deyə Avakimov qeyd edib.

Son xəbərlər