Mojo.az Banner
19:49 Şirvanda 1 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb  |     19:38 PKK İraqdakı dörd düşərgəni boşaltdı  |     19:28 Bakıda məktəbli əmisinin zorakılığına məruz qalıb? - İddia  |     19:20 "Sabah"ın oyunu ilə əlaqədar Bakıda 18 marşrutun hərəkət sxemi dəyişdirilir  |     18:40 Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb  |     18:06 Məktəbli forması şagirdlərin düşüncəsinə necə təsir edir? – AÇIQLAMA  |     17:58 Çindən Azərbaycana gətirilən 8 mindən çox baytarlıq preparatı məhv edildi  |     17:48 Bakıda və rayonlarda külək güclənəcək - Sarı xəbərdarlıq  |     17:24 Hicaba görə məktəbə getməyən uşağın valideyni 100 manat cərimələnə bilər – AÇIQLAMA  |     15:32 Bu gün Bakıda Azərbaycan-Kamboca biznes forumu keçirilir  |     15:30 Ermənistan İK Azərbaycan hərbçisi ilə bağlı insidentdə yaralanan qadın zərərçəkmiş qismində tanıdı - Foto  |     15:28 Azərbaycanda pensiya ödənişləri 10 faiz artıb  |     15:24 Yasamalda məktəbi yandırmağa cəhd etdilər - Foto  |     13:03 Vahid məktəbli forması uşaqların da xoşuna gəlir – Deputat  |     12:59 Hökmü gözlənilən 74 yaşlı qadın axtarışa verildi  |     12:44 Zaqatalada 14 yaşlı qız faciəli şəkildə öldü  |     12:35 Ramiz Mehdiyevin kürəkəninin polkovnik qardaşı öldü  |     12:29 Hərbi xidmətə çağırışda pozuntular aşkarlandı: 8 nəfərə cinayət işi açıldı, işdən çıxarılanlar var  |     12:23 Toyuq əti yeyən kişilərdə qadınlaşma gedir? — ŞOK Faktlar  |     12:03 Qazaxda avtomobil bir piyadanı vurdu, üç nəfər xəsarət aldı  |    
Mojo.az Avto
Mojo.az Avto

İşğaldan azad olunmuş ərazilərə səfər etmiş kolumbiyalı jurnalist bölgədəki vəziyyəti işıqlandırıb

09.08.2021 14:49 984
İşğaldan azad olunmuş ərazilərə səfər etmiş kolumbiyalı jurnalist bölgədəki vəziyyəti işıqlandırıb
Kolumbiyanın nüfuzlu siyasi xəbər agentliklərindən olan “El Expediente” və “LaOtraCara” portallarında tanınmış jurnalist Roberto Trobaxonun işğaldan azad olunmuş ərazilərimizə etdiyi səfərin təəssüratları barədə “Azərbaycanın yenidən dünyaya gəlişi” başlıqlı məqaləsi dərc olunub.

Cəbrayıl, Füzuli, Gəncə, Ağdam və Şuşa şəhərlərində səfərdə olmuş jurnalist yazısında 30 ilə yaxın işğalda saxlanılmış Azərbaycan ərazilərində Ermənistan tərəfindən mülki yaşayış infrastrukturunun, dini ibadət yerlərinin, memarlıq nümunələrinin və çoxəsrlik mədəniyyət incilərinin dağıdıldığını və yağmalandığını bildirir.

Müəllif Cəbrayıl şəhərində kütləvi məzarlıqların talan edildiyini və erməni silahlı birləşmələrinin bu prosesdən gəlir mənbəyi kimi də istifadə etdiyini, habelə ətrafdakı çoxillik su bulaqlarını tamamilə qurutduğu və həmin bulaqları bəzəyən müxtəlif fiqurları talan etdiyini qeyd edir.

Şuşanın Azərbaycan üçün mənəvi dəyəri və ölkə mədəniyyətindəki müstəsna yeri haqda danışan kolumbiyalı jurnalist, əlçatmaz Şuşa qalasının Azərbaycan silahlı qüvvələrinin qeyri-adi şücaəti və əzmkarlığı sayəsində azad edildiyini vurğulayır. Qədim Şuşa qalasının əzəməti və Cıdır düzünün gözəlliyinə heyran olduğunu ifadə edən müəllif, burada da Azərbaycanın tarixi və mədəni irsinin erməni vandalizminin qurbanı olduğunu bildirir.

Bu ərazilərdə şəhər və qəsəbələrin yenidən qurulması və azərbaycanlı əhalinin öz evlərinə qayıdışına əngəl törətmək məqsədilə Ermənistan tərəfindən kütləvi minalanma aparıldığını deyən müəllif, Azərbaycanın burada intensiv minatəmizləmə, bərpa və yenidənqurma işləri həyata keçirdiyini və bu şəhərlərin tezliklə əvvəlkindən də gözəl, baxımlı hala gətiriləcəyini qeyd edir.

https://elexpediente.co/renacer/

https://laotracara.co/nota-ciudadania/el-renacer-de-azerbaiyan/
скачать dle 11.3
Mojo.az Banner