Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

500-2500 manatlıq avtomobil nömrələrinin “qara bazar”da qiyməti

07.08.2021 21:43 942
500-2500 manatlıq avtomobil nömrələrinin “qara bazar”da qiyməti
Xəbər verdiyimiz kimi, avtomobil qeydiyyat nişanlarının satışı ilə bağlı qanunsuzluq ciddi narazılıq doğurur. Sosial şəbəkələrdə nömrələrin qanundan kənar, müəyyən məbləğ qarşılığında satılması geniş müzakirə edilir. Əsasən, qiyməti baha olan xüsusi nömrələrin satışı ilə bağlı belə hallar çoxdur.

Bəs xüsusi nömrələrin satışı necə həyata keçirilməlidir? Bu prosesdə şəffaflığı qorumaq üçün hansı addımlar atılmalıdır? Qanun bu məsələdə necə tənzimlənməlidir və ona niyə əməl edilmir?

Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən hüquqşünas Zaur Quliyev sözügedən nömrələrin satışı ilə bağlı qanunsuz halların olduğunu bildirib:

"Nömrələrin satılması ilə bağlı konkret rüsumlar var və satış qiyməti bu rüsumlara əsasən müəyyən edilir. İndiki halda ərizə yazmaqla nömrəni sifariş etmək və rüsumu ödəməklə mövcud nömrəni almaq olar. Rüsumlar isə avtomobil qeydiyyat nişanındakı müəyyən rəqəmlərə və rəqəmlərin kombinasiyasına görə dəyişilir. Rəqəmlər eyni olsa, yaxud nömrədəki hərflər eyni olacağı halda rüsum artır. Rüsumlar 500-2500 manat arasında dəyişir. Amma "qara bazar”da 90 min manata satılan nömrələr də var. Bu, qanunla qadağandır, amma bunun qarşısını almaq üçün icra mexanizmi yoxdur”.

Son xəbərlər