Mojo.az Banner
23:04 Tramp Süni İntellekt Qüvvələrini yaratdı  |     22:52 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik etdi  |     20:52 Bakıda 2 nəfər dənizdə batdı  |     20:47 “Bitcoin”in qiyməti yenidən 81 min dolları ötüb  |     20:39 COVİD-19 geri qayıdır - Çox sayda yoluxan var  |     20:31 Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək  |     20:26 Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?  |     20:16 Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama  |     20:11 44 yaşlı Röyadan yeni - FOTOLAR  |     20:04 Pakistan Yəmən müharibəsinə cəlb oluna bilər  |     19:58 Saçları belə yığmaq təhlükəlidir – MÜTƏXƏSSİSLƏRDƏN XƏBƏRDARLIQ  |     19:50 “SMM kimi işə götürüldüm, amma xadimə, ofisiant kimi istifadə edirdilər” -VİDEO  |     19:45 Təzyiqi yüksəldən qidalar: Həkimdən XƏBƏRDARLIQ  |     19:36 Maykl Ceksonun anasına hədiyyəsi satışa çıxarıldı  |     19:29 "Qarabağ"ın 5 legioneri millidən dəvət aldı  |     19:23 Azərbaycanda 90 məktəblə bağlı qərar verildi  |     19:09 Yuxu zamanı yataq otağındakı işıq ürəyə necə təsir edir?  |     19:03 Nəriman Axunzdadə Azərbaycan U-21 millisinə çağırıldı  |     18:56 Ay necə yaranıb? - Yeni kosmik missiya milyard illik sirrə işıq sala bilər  |     18:51 Diploma gedən yol qısalır: Bakalavr 3, magistratura 1 il olacaq?  |    
Mojo.az Avto
Mojo.az Avto

65 min manata satılan mobil nömrələri kimlər alır?

22.01.2024 20:08 978
65 min manata satılan mobil nömrələri kimlər alır?
Azərbaycanda müxtəlif qiymətə mobil nömrələr satılır.

Bu nömrələrin qiyməti 5 manatadan başlayaraq 20000, 30000, hətta 50000 manata qədər qədər dəyişir.

Bahalı nömrələrin satışı ilə bağlı məlumatlara isə həm nömrə satış mərkəzlərində, həm də müxtəlif elan saytlarında tez-tez rast gəlmək olur.

Satıcılar bu qiymətləri onların müəyyənləşdirmədiyini bildirir, bahalığını isə rəqəmlərin uyğunluğuna görə olduğunu deyir. "Belə nömrələri alan varmı” sualına isə cavab olaraq tez-tez olmasa da müəyyən vaxtlarda satdıqlarını bildirirlər.

Bəs bu nömrələr niyə baha satılır?

Valyuta.az məsələni iqtisadçı Xalid Kərimli ilə müzakirə edib.

Xalid Kərimli bildirib ki, satışda olan belə nömrələrin qiymətinin tənzimlənməsi yoxdur, olmalı da deyil.

"Satışda hər qiymətə nömrə ola bilər. Yəni, 3 manata, 5 manata da, belə bahalı nömrələr varsa bu normaldır”.

Həmsöhbətimiz vurğulayıb ki, nömrələrin baha satılma səbəblərindən biri həm də alıcılarının olması ilə bağlıdır:

"Tələbat var, olmasa nömrələr də bu qiymətə satıla bilməz. Satıcı bu tələbatı bilir, bundan da faydalanmağa çalışır. Bəzi insanlar nömrələrinin xüsusi rəqəmlərdən ibarət olmasına xüsusi əhəmiyyət verirlər və pulları da var. Ona görə də belə nömrələri almağa üstünlük verirlər. Bu isə normal bazar prosesləridir.”скачать dle 11.3
Mojo.az Banner