Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Nazirlikdən COVID-19 peyvəndi və immunitet sertifikatı ilə bağlı XƏBƏRDARLIQ - FOTO

06.08.2021 15:47 1 248
Nazirlikdən COVID-19 peyvəndi və immunitet sertifikatı ilə bağlı XƏBƏRDARLIQ - FOTO
Nazirlər Kabinetinin 26 iyul 2021-ci il tarixli qərarına əsasən, işçilərinin COVID-19-a qarşı peyvənd olunması və ya immunitet sertifikatına malik olması tələb edilən iş və xidmət sahələri müəyyənləşdirilib.

Bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 1 sentyabr 2021-ci il tarixdən həmin iş və xidmət sahələrində fəaliyyət göstərən hüquqi və yaxud fiziki şəxlərin işçilərinin (əmək və yaxud mülki müqavilələrlə işləməsindən asılı olmayaraq) azı 80 faizinin COVID-19-a qarşı birinci doza, 1 oktyabr tarixindən isə ikinci doza peyvənd olunması və yaxud COVID-19-a qarşı immunitet sertifikatına malik olması tələb edilir.

Həmin iş və xidmət sahələrinə mülkiyyət formasından asılı olmayaraq, bütün tibb, əczaçılıq, elm və təhsil müəssisələri, topdan və pərakəndə ticarət, ictimai iaşə, mehmanxana, turizm, nəqliyyat xidmətləri daxil olmaqla ümumilikdə 40-dək fəaliyyət sahəsi aiddir. Həmin fəaliyyət sahələrinin tam siyahısı ilə Nazirlər Kabinetinin müvafiq qərarının əlavəsində tanış olmaq mümkündür.

Artıq İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti müvafiq sahədə fəaliyyət göstərən vergi ödəyicilərinin elektron qutularına maarifləndirmə xarakterli bildiriş göndərməyə başlayıb.

Qeyd edilib ki, fəaliyyətləri işçilərinin peyvənd olunması (və ya immunitet sertifikatına malik olması) tələb edilən iş və xidmət sahələrinə aid olduğu halda, vergi ödəyiciləri bu məsələlərə xüsusi diqqət yetirməlidir.

Qərarın tələblərinin pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslər İnzibati Xətalar Məcəlləsində və Cinayət Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

скачать dle 11.3
Mojo.az Banner